May bayramını Bakıda keçirmək istəyənlər

Aviabilet axtarış saytlarından birinin apardığı qeydiyyata əsasən Rusiyanın biznes-sinfi ilə uçan vətəndaşlarının qarşıdan gələn May bayramlarında gedəcəyi ən məşhur beş istiqamət arasında Bali, Köln və Münhen, Maldiv adaları ilə yanaşı Bakı şəhərinin də adı var. Məlumata görə, biznes sinfi ilə Moskvadan uçuşların sayı ötən il ilə müqayisədə 67 faizdən 49 faizə düşüb. Regionlardan isə bu göstərici müvafiq olaraq, 33 faizdən 51 faizə qalxıb. Regional şəhərlər arasında biznes sinfi üzrə daha çox aviabilet satışı Sankt-Peterburq, Krasnodar, Rostov-na-Donu və İrkutskun payına düşüb.Eyni zamanda biznes sinfi üzrə aviabilet satışı 22 faiz azalıb.

Çiy su orqanizm üçün faydalıdır

İnsanların əksəriyyəti qaynanılmış suyun orqanizmə ziyanlı olduğunu düşünərək onu çiy halda içir. Bəs reallıq necədir?

Su qaynadıqda tərkibindəki kalsium, maqnezium, karbonat və digər minerallar buxarlanır. Həkim-fitoterapevtlər bildirirlər ki: “Su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır və nəticədə çətin mənimsənilir. Daim qaynadılan su içənlərin dəri rəngi solğun, saçları cansız olur. Mütəxəssislərin fikrincə, çiy su içənlərin fiziki aktivliyi daha yüksəkdir. Görünür, bir dəfədən artıq qaynayan suyun “ölü su” adlandırılması heç də təsadüfi deyil. Su 60 dərəcə qaynayandan sonra onun tərkibində olan minerallar parçalanır və orqanizmdə fəsad yaradır. Gün ərzində hər kiloqram bədən çəkisi üçün 30 milliqram çiy su qəbul edilməlidir”.

Atatürkün dünya uşaqlarına ərmağanı

“23 Aprel” Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi tətil günlərindən və milli bayramlarından biridir.
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən dünya uşaqlarına ərmağanıdı.

1979-cu ildə ilk dəfə olaraq 6 ölkənin iştirakı ilə beynəlxalq səviyyəyə qaldırılan bu bayram üçün Türkiyəyə dünyanın çox ölkəsindən uşaqlar gəlməyə başladı.
Bununla Türkiyə 23 Apreli həm dünya uşaqlarına bayram hədiyyəsi etdi, həm də Uşaq Bayramını beynəlxalq aləmdə bölüşən ilk və yeganə ölkə oldu.

Araba turu

Hər bir turistin harasa səfəri zamanı ən əsas istəyi nədir? Əlbətdə sualın cavabı çox ola bilər, istirahət etmək, yeni yerlər görmək, təbiətə çixmaq və sair, amma əslində cavab birdir – yeni və xoş təsuratlar yaşamaq.Səbəb isə odur ki, turistlərin 99 fazini şəhər əhalisi təşkil edir. Onların həyatı avtomobillərdə, ictimai nəqliyyatda, ofislərdə keçir. Belə turistlərə kənd yerlərində fərqli təəssürat yaşada biləcək imkanlardan biri isə Arabadır. Bəli, kənd sakinlərinin sadəcə yük daşımaq üçün, qısa məsafələrə nəqliyyat vasitəsi kimi istifadə etdiyi adı, sadə at arabası. Bu araba şəhər sakinləri üçün əsl aktaksion – maraqlı əyləncə ola bilər. Əgər yaşadığınız ərazıdə at arabası turları təşkil edib, turistləri meşə, dağ ərtafə ərazilərdə, gəzməli, görməli yerlərdə, ya elə kəndinizin öz içində at arabası ilə tələsmədən gəzdirsəz, onlara fəqrli təsüratlar yaşada bilərsiz. Turistlər üçün isə, yuxarıda qeyd etdiyimiz kimi, ən əsası elə budur – yeni və fəqli təsüratlar.

23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu günlə bağlı olaraq Quba rayon Mərkəzləşdirilimiz Kitabxana Sistemində keçirilən tədbirdə yeli yazarlar, kitabxana əməkdaşları, kitabxananın daimi oxucuları iştirak edib. Tədbiri guiriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov günün mahiyyəti haqqında məlumat verərək bildirib ki, 23 aprelin Dünya Kitab və Müəlliflik Günü kimi qeyd olunması haqqında qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Sahibkarlarımız sərgiyə dəvət edilib

Mayın 26-27-də Aşqabadda "Türkmən xalçaları və tekstili - dünya brendi" adlı sərgi keçiriləcək 

Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar Aşqabadda sərgiyə dəvət olunurlar. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildirilib ki, mayın 26-27-də Aşqabadda "Türkmən xalçaları və tekstili - dünya brendi" adlı sərgi keçiriləcək. Sərgidə tekstil və avadanlıq, təbii liflərin təkrar emalı, geyim və ayaqqabı, ev tekstili, əl xalçaları və xalça məmulatları, ehtiyat hissələri və köməkçi materiallar, kimyəvi maddələr və boyalar, aksesuarlar nümayiş ediləcək.

Pekində Azərbaycan mətbəxi göstərilib

Dünyanın bir çox ölkələrində keçirilən "Acı və ədviyyatlı" festivalının Pekində təşkil edilən mərhələsində Azərbaycan mətbəxinin nümunələri, "Made in Azerbaijan" brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları nümayiş olunub.

Nüfuzlu "The Beijinger" jurnalının təşkilatçısı olduğu festival Pekində il ərzində keçirilən ən böyük qida festivalı hesab olunur. Ənənəvi illik tədbirdə 50-dən çox xarici və yerli qida şirkəti, restoranlar öz məhsullarını nümayiş etdiriblər.

Kənd muzeyi yaradın və qazanın

Azərbaycanın az qala hər kəndinin öz tarixi var. Turizm bölgələrində yerləşən kəndlərin də o cümlədən. Ancaq yolu bu kəndlərdən düşən turistlər olduqları kənd, onun tarixi, buralarda baş verən maraqlı hadisələr, buralardakı tarixi keçmiş barədə nə bilirlər? Demək olar ki heç nə.

Bəs əgər bu kəndlərin hər birində hansısa bir evdə muzey xarakterli bir otaq olsa və o otaqda bu kəndin tarixini, mədəniyyətini, keçmişini əks etdirən, mədəniyyət nümunələri, rəsmlər, qablar, heykəllər, fotolar, xalçalar və sair toplansa və bütün bu eksponatlar barədə dolğun və maraqlı məlumatlar vermək bacarığında olan bir muzey yönəticisi olarsa, turistlər bu muzeylərə maraq göstərərmi? Əlbətdə ki, bəli.