Naxçıvan “Kətə” festivalı keçirilib.

Aprelin 16-da “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində başlayan növbəti “Kətə” festivalı bu gün başa çatıb.

Tədbirdə aparıcılar festival iştirakçılarına naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər. Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.

Yanan katedral yeniden tikiləcək

Emmanuel Makron: Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı yenidən tikəcəyik

Aprelin 15-də Parisin ən görməli yerlərindən biri olan, qədim memarlıq xüsusiyyətləri ilə seçilən Notr-Dam və ya Müqəddəs Məryəm kilsəsində yanğın baş verib. Yanğının söndqürülməsinə 400 yanğınsöndürən cəlb olunsa yanğın 9 saat davam edib. Məryəm Ana katedralındakı yanğının baş verdiyi əraziyə gələn Prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib. Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib: “Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana katedralı bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı bərpa edəcəyik”.

Sınanan bələdçilər hazırlanacaq

Aprelin 16-da Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birinci baş assambleyası keçirilib. Tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid, Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsini icra edən Kənan Qasımov və başqaları çıxış edərək assambleyanın məqsəd və hədəflərindən, regionda turizmin inkişafından söhbət açıblar.Bildirilib ki, ölkəmizdə təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər keçiriləcək, bələdçilər sertifikatlarla təmin ediləcək.Qeyd edilib ki, ötən il ölkəmizə 2 milyon 850 min əcnəbi gəlib. Turizmin inkişafı müasir çağırışlara cavab verən yeni bələdçilər nəslinin formalaşdırılmasını tələb edir. Bələdçi öz ölkəsinin tarixi və coğrafiyası, etnoqrafiyası, mədəniyyət və incəsənətini dərindən bilməlidir. Təbii ki, dil bilikləri ilə yanaşı, peşə təcrübəsindən lazımi istifadəni də bacarmalıdır.

Mətbəx gəzintisi

Turistlərə yerli xörəkləri hazırlamağı öyrədin və qazanın

Azərbaycanın zəngin mətbəx mədəniyyəti və ləziz yeməkləri həmişə həm yerli, həm də xarici turistlərin ən çox zovq aldığı məqamlardan biridir. O da faktdır ki, Azərbaycanın hər bir bölgəsinin, hər bir diyarının öz ayrıca fərqli bir mətbəx düsturları, fəqli mətbəxləri və fəqli xörəkləri də var.

İndi isə təsəvvür edin, siz qonaqlara sadəcə bu fərqli yeməkləri dadmağı yox, həm də onu necə hazırlamağı öyrənməyı, bu xörəklərin hazırlanmasında iştirak etməyi də təklif edirsiniz.

Əmin olun ki, həm yerli, həm də xarici turistlər daddıqları ləziz xorəkləri necə hazırlamaq qaydasını onlara da öyrətdiklərinə görə sizə minnətdar olacaqlar.

İnsan istədiyi zaman qocalır

Məlum olub ki, qocalıqla ciddi və fəal şəkildə mübarizə aparan adamlar daha tez qocalır

Cavanlaşma prosesini doğal şəkildə aktivləşdirmək mümkündür. Beləki, İnsan pxisikası daxilində baş verən hər bir proses üzündə və bədənində əks olunur. Sağlam psixika isə faydalı hormonların ifrazını stimullaşdırır. Bu, elmi cəhətdən sübuta yetirilib. Məlum olub ki, yaşlanma əlamətlərinə qarşı aktiv mübarizə aparanlar, pəhriz və rejimi təqib edənlər, üzündə mimik qırışlar yaranmaması üçün gülməməyə çalışanlar birinci qocalır. Qocalıq qorxusu onunla ciddi və fəal şəkildə mübarizə aparan adamları daha tez qocaldır. Lakin bu, o demək deyil ki, nəmləndirici kremləri atmaq və gözəllik prosedurlarını dayandırmaq lazımdır. Xüsusilə idman məşqlərinə stop demək qətiyyən doğru deyil. Bütün bunları yerinə yetirmək lazımdır, lakin sevgi ilə...Psixoloqlar və kosmetoloqlar iddia edir ki, gözəlliklə mübarizə aparmaq yox, qocaqlıq haqqında çox düşünmək vaxtından əvvəl qocalığa gətirib çıxarır. İlk baxışda sağlamlığına və gözəlliyinə diqqət edən adamlar əslində xəstələnmək və qocalmaqdan qorxur. Və qocalıqla bağlı qara düşüncələr qocalma prosesini hərəkətə keçirir. Bütün düşüncələri qocalıq zəbt edibsə, bədən ağılın komandalarına boyun əyir.

Ətirşah olan evdə bit, birə olmur

Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib. Yarpaqlarında çoxlu miqdarda efir yağları var. Gülü, yarpaqları və kökü isə çox xeyirlidir.

Ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.

17 Min il yaşı olan saxsı tapılıb

Çin arxeoloqları ölkənin cənubundakı Quandun vilayətində təxminən 17 min il əvvələ aid olduğu güman edilən saxsı qabın hissəsini tapıblar. Paleolit dövrünə aid saxsı qabın bir hissəsi İnde şəhəri ərazisindəki Çintan xarabalıqlarından tapılıb. Bu, Çində ilk saxsı qabın məhz ölkənin cənub hissəsində istifadə olunduğunu göstərir. Bildirilir ki, 2016-cı ildən bəri Çintan xarabalıqlarında 10 mindən çox qədim əşya və ya onların hissələri, habelə insan sümüyü tapılıb. Bundan başqa, ərazidə yemək bişirmək və saxlamaq üçün xüsusi yerlər aşkarlayıblar. Çintan xarabalıqlarından tapılanlar Çinin 10 ən vacib arxeoloji tapıntıları sırasına daxil edilib.

Kənddə uşaq bağçası

Bu bağça xüsusi olaraq turistlərin övladları üçün düşünülən bağçadır

Kənddə uşaq baxçası ideyası Sizə gülməli gəlməsin, belə bir biznes yaratsanız xeyli gəlir əldə edə bilərsiniz, xüsusən də yay aylarında. Hər il on minlərlə insan istirahət üçün təbiət qoynuna, dağ kəndlərinə üz tutur. Amma gənc ailələrdən olan insanların bir çoxunun dağlara, meşələrə, şələlərərə üz tutmaq, bəzən ekstremal turizmlə məşğul olmaq istəyinin qarşısını alan azyaşlı uşaqları kimə etibar etmək problemidir. Misal üçün təsəvvür edin gənc bir ailə azyaşlı uşaqları ilə dağ kəndinə turist səfərinə gəlib, amma elə azyaşlı uşaqlara görə də onlar dağa piyada gəzintiyə çixa bilmirlər və ya meşələrin dərinliyində, dağ çayları, şələlələr olan yerlərdə pikniklərə yollana bilmirlər.