Kənddə uşaq bağçası

Bu bağça xüsusi olaraq turistlərin övladları üçün düşünülən bağçadır

Kənddə uşaq baxçası ideyası Sizə gülməli gəlməsin, belə bir biznes yaratsanız xeyli gəlir əldə edə bilərsiniz, xüsusən də yay aylarında. Hər il on minlərlə insan istirahət üçün təbiət qoynuna, dağ kəndlərinə üz tutur. Amma gənc ailələrdən olan insanların bir çoxunun dağlara, meşələrə, şələlərərə üz tutmaq, bəzən ekstremal turizmlə məşğul olmaq istəyinin qarşısını alan azyaşlı uşaqları kimə etibar etmək problemidir. Misal üçün təsəvvür edin gənc bir ailə azyaşlı uşaqları ilə dağ kəndinə turist səfərinə gəlib, amma elə azyaşlı uşaqlara görə də onlar dağa piyada gəzintiyə çixa bilmirlər və ya meşələrin dərinliyində, dağ çayları, şələlələr olan yerlərdə pikniklərə yollana bilmirlər.

Həmin ərazidə azyaşlıların həm maraqlı, əyləncəli istirahətini və həm də təhlükəsizliyini, onlara daimi nəzarəti təmin edən xidmət təklif etsəz, bir çox gənc ailələr, daha sərbəst istirahət imkanı qazanmağa görə, bu xidmətin haqqını mənmuniyyətlə ödəyərlər.

Bu biznesi qurmağa böyük yatırım da tələb edilmir. Sadəcə səliqəli və təmiz ev, səliqəli həyatyanı sahə, təmiz, gigienik mətbəxdə və yerli məhsullardan hazırlanan qidalar və uşaqlarla davranmağı bacarmaq.

Bunu edə bilsəz elə bu yay ailə büdcənizə xeyli əlavə gəlir qatmış olarsınız.

Müstəriləri haradan tapmaq baradə isə, çox düşünməyin, elanlar saytlarında, sosial şəbəkələrdə turlara, turizm xidmətlərinə aid qruplarla elanlar yerləşdirin və müştərilər özləri sizi tapacaq.

Yeni biznes ideyanız uğurlu olsun