Yanan katedral yeniden tikiləcək

Emmanuel Makron: Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı yenidən tikəcəyik

Aprelin 15-də Parisin ən görməli yerlərindən biri olan, qədim memarlıq xüsusiyyətləri ilə seçilən Notr-Dam və ya Müqəddəs Məryəm kilsəsində yanğın baş verib. Yanğının söndqürülməsinə 400 yanğınsöndürən cəlb olunsa yanğın 9 saat davam edib. Məryəm Ana katedralındakı yanğının baş verdiyi əraziyə gələn Prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib. Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib: “Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana katedralı bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı bərpa edəcəyik”.

Onu da qeyd edək ki, Ötən gün Parisin ən görməli yerlərindən biri olan, qədim memarlıq xüsusiyyətləri ilə seçilən Notr-Dam və ya Müqəddəs Məryəm kilsəsində yanğın baş verib. Kilsədə bərpa işləri aparılırdı və ehtimal edilir ki, istifadə olunan taxtalar alışıb. Yanğının söndürülməsinə 400-dən artıq yanğınsöndürən cəlb olunub. Reuters agentliyi bir yanğınsöndürənin xəsarət aldığını xəbər verib.