Mətbəx gəzintisi

Turistlərə yerli xörəkləri hazırlamağı öyrədin və qazanın

Azərbaycanın zəngin mətbəx mədəniyyəti və ləziz yeməkləri həmişə həm yerli, həm də xarici turistlərin ən çox zovq aldığı məqamlardan biridir. O da faktdır ki, Azərbaycanın hər bir bölgəsinin, hər bir diyarının öz ayrıca fərqli bir mətbəx düsturları, fəqli mətbəxləri və fəqli xörəkləri də var.

İndi isə təsəvvür edin, siz qonaqlara sadəcə bu fərqli yeməkləri dadmağı yox, həm də onu necə hazırlamağı öyrənməyı, bu xörəklərin hazırlanmasında iştirak etməyi də təklif edirsiniz.

Əmin olun ki, həm yerli, həm də xarici turistlər daddıqları ləziz xorəkləri necə hazırlamaq qaydasını onlara da öyrətdiklərinə görə sizə minnətdar olacaqlar.

Bu biznesi yaratmaq, bölgələrin fəqli, yerli mətbəx nümunələrini həm öyrədən, həm təblığ edən, həm də tanıdan biznes böyük maraqla qarşılana və ailə büdcənizə əlavə gəlir gətirə bilər. Bunun üçün tələb olunan isə, sadəcə səliqəli, gigienik qaydalara cavab verən mətbəxə və bir də hazırlanacaq təamları dadmaq imkanı verən süfrəyə sahib olmaqdı.

Hazırlanacaq xörəklərin çeşidinin isə özünüz təyin edəcərsiniz, təndir çörəyindən, lavaşdan başlayaraq turistlərə ən mürəkkən düstüra malik qazan və manqal xörəklərinə qədər istədiyiniz xörəklərin hazırlanma qaydasının öyrədə bilərsiniz, əsas odur ki, bu xörəkləri sevə-sevə, bacarıqla və yüksək səviyyədə hazırlaya biləsiniz.

Bunlara sahibsinizsə, siz uğurlu bir “Mətbəx gəzintisi” layihəsinə start verib, elə bu yay xeyli əlavə gəlir əldə edə bilərsiz.

Yeni biznes ideyanın uğurlu olsun!