XAÇMAZDA “TURİZM VƏ SƏYAHƏTLƏR” SƏRGİSİ TƏŞKİL OLUNUB

Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan “Turizm və səyahətlər” sərgisində 30-a yaxın turizm şirkəti, otel və istehsalat sahələrinin stendləri təqdim olunub.

Xaçmaz Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

ŞUŞASIZ 27 İL

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.

RESPUBLİKA KONFRANSI KEÇİRİLİB

Mayın 7-də Quba Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Respublika konfransı keçirilib

7 MAY RADİONUN YARANDIĞI GÜNDÜR

7 may dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub.

1895-ci il mayın 7- də rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı Rusiyanın Sankt -Peterburq şəhərində məruzəylə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim etdi.

TÜRKMƏNİSTANDA ZİYALILARIN XIV FORUMU KEÇİRİLƏCƏK

Mayın 14-dən 17-dək Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XIV forumu keçiriləcək. Forumda Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndə iştirak edəcək

DÜNYANIN ƏN BAHALI ADALARI

Dünyanın müxtəlif yerlərində istirahət üçün olduqca gözəl və əsrarəngiz adaları mövcuddur.  Lakin bu adalarda istirahət o qədər də ucuz başa gəlmir.  Sıradakı sujetimizdə dünyanın ən bahalı adalarını  təqdim edirik.

TURİZMİN İNKİŞAFI ÜÇÜN GENİŞ İMKANLAR VAR

Azərbaycanın nəqliyyat qovşağıda yerləşməsi onun turizm potensialını artırır. Bunu Şimal regionuna səfəri çərçivəsində ABŞ-nın Azərbaycandakı səfiri Erl Litzenberqer deyib.

Azərbaycan Televiziyasının “Günellə səyahət” verilişi Çölçü Obasının qonağı olub

Mayın 5-də Azərbaycan Televiziyasının səyahət proqramlarından olan “Günellə səyahət” verilişinin növbəti səfəri Qubanın İspik kəndində yerləşən “Çölçü obası”na idi. 2015-ci ildə yaradılan və ətrafına bilim və yaradıcı insanları toplayaraq, diqqəti doğaya, doğa ilə insan yaşamı arasındkı birliyə, ekologiyaya, insan sağlamlığına, keçmişə bağlılığa, gələnklərin, milli oyunların dirçəldilməsinə, Azərbaycan dilinin durulmasına çəkən Çölçü Klubunun sorağı ilə Çölçü Obasına gələn AZTV əməkdaşları Çölçülərin Çöldə yaşam öyüdləri ilə tanış olub, onlarla birlikdə yadda qalan bir yaşayıblar.