XAÇMAZDA TURİZM SƏRGİSİ KEÇİRİLƏCƏK

Xaçmaz Turizm İnformasiya Mərkəzinin məlumatına əsasən mayın 7-də və 8-də Xaçmaz Olimpiya İdman Kompleksində Turizm sərgisi keçiriləcək. Sərgidə 20-ə yaxın turizm şirkətlərinin, 50 yaxın istirahət mərkəzlərinin,  bankların, sığorta şirkətlərinin, marketlərin, istehsalla məşğul olan müəssələrin iştirakı gözlənilir.

ÖLKƏMİZ TURİZM SƏRGİSİNDƏ İŞTİRAK EDİR

Azərbaycan guşəsində xarici qonaqlar paxlava, şəkərbura, Şəki halvası, qaysı, çay və digər nemətlərin dadına baxıblar.

Tbilisidə ölkəmizin də təmsil olunduğu Beynəlxalq Turizm Sərgisi açılıb. Sərgidə ölkəmizi “1001 Tur” turizm şirkəti təmsil edir.

Rusiyali turistlər Azərbaycana dəvət edilib

Yekaterinburqda “Bolşoy Ural-2019” VII beynəlxalq turizm forumu keçirilib

Azərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. Bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə aprelin 25-26-da Yekaterinburq şəhərində keçirilən “Bolşoy Ural-2019” VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.Fuad Nağıyev qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır.İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin “MİTT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”ndə iştirak edib, turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

Piyada gəzməyin faydası

Sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. İdmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır.

Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Gündəlik gəzinti həmçinin insanı cavan saxlayır, qocalma prosesinin ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və görmə qabiliyyətinə müsbət təsir edir.

Model ferma yaradılacaq

"Hollandiya Azərbaycanda kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq, o cümlədən model ferma yaradılması üçün 300 min avro ayırıb". Bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.O, bildirib ki, bu addım Hollandiyanın Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına kömək etmək istəyi ilə bağlıdır. Bu layihənin həyata keçirilməsində bizə Hollandiyanın tanınmış universitetlərindən biri də kömək edəcək. Bu, onu göstərir ki, Hollandiya Azərbaycan iqtisadiyyatının diversifikasiyasında maraqlıdır", - səfir diqqətə çatdırıb.

Dağlarla əhatələnən kiçik kənd – Hallstatt

Hallstatt, Avstriyanın Hallstatt gölü ətrafında yerləşən, dörd tərəfi dağ və yaşıl meşələrlə əhatələnmiş kiçik bir kəndidir.2-3 qatlı taxta evlərdən ibarət bu qəsəbənin əhalisi təxminən 1000 nəfərdən ibarətdir. Avropanın ən qədim məskunlaşma yerlərindən sayılan Hallstatt 1997 ilində Unesco tərəfındən Ümumdünya irsi siyahısına salınmışdır. Hallstatt xüsusilə çinli turistlərin səyahət etdiyi yerdir. Gələn turistlərin 90%-i çinlidir. Hətta buranı o qədər çox sevirlər ki, 2012-ci ildə Çinin Guangdong əyalətinin Huizhau şəhərində bu kəndin eynisini inşa etmişlər.

Dağıstanda məişət tullantılarını zibil qutusuna atan insana heykəl qoyulacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində məişət tullantılarını zibil qutusuna atan insana heykəl ucaldılacaq. Heykəl “Kaspiyskin nümunəvi sakini” adlandırılacaq. “İstehsalat ekologiyası” saytı xəbər verir ki, səliqəli insana heykəl qoymaq ideyası tikinti şirkətlərindən birinə məxsusdur. Şirkət nümayəndələrinin sözlərinə görə, onlar bu addımı atmaqla həmvətənlərinə təmizliyə riayət etməyin necə vacib olmasını xatırladırlar.

Avropada ölkə kirayə verilir

35 min əhalisi olan və 160 km2 olan kiçik bir Avropa ölkəsi olan Lixtenşteynin rəhbərliyi tərəfindən qeyri-adi bir addım atılıb. Bir neçə sutkalıq kirayə oluna bilən bu ölkə, əsasən zəngin turistlər tərəfindən icarə olunur. Gündə sadəcə 70 min dollar ödəyərək özünüzü real olaraq bir ölkənin monarxı kimi hiss edə bilərsiniz.