Pekində Azərbaycan mətbəxi göstərilib

Dünyanın bir çox ölkələrində keçirilən "Acı və ədviyyatlı" festivalının Pekində təşkil edilən mərhələsində Azərbaycan mətbəxinin nümunələri, "Made in Azerbaijan" brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları nümayiş olunub.

Nüfuzlu "The Beijinger" jurnalının təşkilatçısı olduğu festival Pekində il ərzində keçirilən ən böyük qida festivalı hesab olunur. Ənənəvi illik tədbirdə 50-dən çox xarici və yerli qida şirkəti, restoranlar öz məhsullarını nümayiş etdiriblər.

Kənd muzeyi yaradın və qazanın

Azərbaycanın az qala hər kəndinin öz tarixi var. Turizm bölgələrində yerləşən kəndlərin də o cümlədən. Ancaq yolu bu kəndlərdən düşən turistlər olduqları kənd, onun tarixi, buralarda baş verən maraqlı hadisələr, buralardakı tarixi keçmiş barədə nə bilirlər? Demək olar ki heç nə.

Bəs əgər bu kəndlərin hər birində hansısa bir evdə muzey xarakterli bir otaq olsa və o otaqda bu kəndin tarixini, mədəniyyətini, keçmişini əks etdirən, mədəniyyət nümunələri, rəsmlər, qablar, heykəllər, fotolar, xalçalar və sair toplansa və bütün bu eksponatlar barədə dolğun və maraqlı məlumatlar vermək bacarığında olan bir muzey yönəticisi olarsa, turistlər bu muzeylərə maraq göstərərmi? Əlbətdə ki, bəli.

22 Aprel Beynəlxalq Yer Günüdür

Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, ABŞ sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si ölkənin Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.

1970-ci ildən isə ABŞ-da, ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbii mühitin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. 1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud problemlərə, həmin problemlərin həll edilməsi üçün maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.

Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

İngiltərədə aparılan DNT tədqiqatının nəticələri göstərib ki, bu ölkənin ən məşhur tarixi abidəsi olan “Stonehenge”i Anadoludan gələnlər tikiblər. BBC telekanalının saytı xəbər verir ki, Londonda tədqiqat aparan alimlər arxeoloji qazıntılar zamanı neolit dövründə (e.ə. 5500-800-ci illər) İngiltərədə yaşamış insanların cəsədlərinin qalıqlarının DNT analizlərini Avropanın digər yerlərində onların müasirlərinin aşkar edilmiş analoji tapıntıları ilə müqayisə ediblər. Məlum olub ki, həmin dövrdə Britaniya adasında məskunlaşmış insanlar e.ə. 4000-ci ildə Anadoludan gəliblər. Alimlər bildirirlər ki, o vaxtlar Avropaya köç edən bu insanlar Köhnə qitədə kənd təsərrüfatının əsasını qoyublar. Onların bir qrupu Dunay çayı boyunca Mərkəzi Avropaya, digər hissəsi isə Aralıq dənizi ilə qərbə yollanıblar. Əvvəlcə Pireney yarımadasına gələn bu insanlar sonradan Fransaya, oradan isə Britaniya və Uelsə yerləşiblər. Anadolu insanının DNT nümunələri Şotlandiyanın qərbində tapılmış insan sümüklərində də aşkar olunub.

Qidanın insan psixikasına təsiri

Düzgün qidalanmaq psixikanı depressiyadan qoruyur

Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur. Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır. 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir. Avstraliyalı tədqiqatçılar müxtəlif pəhrizlərin depressiya və həyəcan hissinə təsirinin yoxlanıldığı bütün klinik sınaqlar barədə indiyədək mövcud olan məlumatları toplayıblar. Nəticədə alimlər bu qənaətə gəliblər ki, psixikanı xoşagəlməz əlamətlərdən qorumaq üçün özəl pəhrizə əməl etməyə ehtiyac yoxdur. Bunun üçün qidalanmanı yaxşılaşdırmaq kifayətdir.

Müqqəddəs PARFE sərgi-yarmarkası

Fransadakı səfirliyimizin və Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə bu ölkənin Sen və Marn departamentinin Montro-Fot-Yonn şəhərində 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında ölkəmiz də təmsil olunur.

Sərgi-yarmarkanın açılış mərasimində Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron, Sen və Marn departamentinin deputatı Jan-Lui Tyerio, meriyanın qardaşlaşma komitəsinin sədri Gi Ankaua və meriya şurasının Azərbaycan üzrə nümayəndəsi Marqo Qomes dö Kastro, səfirliyimizin II katibi Fərid Soltanov, meriyanın əməkdaşları, bu şəhərlə qardaşlaşmış şəhərlərin merlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də yarmarkada təmsil olunan ölkə və şirkətlərin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər səfirliyimizə yarmarkada iştirakına görə təşəkkür ediblər.

Keşikçi Dağı Məbəd-Kompleksində açıq səma altında muzey yaradıla bilər

Tbilisidə Gürcüstan-Azərbaycan sərhədində yerləşən David Qareci , Keşikçi dağı məbədinin inkişaf strategiyasına həsr olunan beynəlxalq konfrans keçirilib.

Tədbiri Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi, “Europa Nostra” mədəni irsin qorunması təşkilatının Gürcüstan nümayəndəliyi və Şota Rustaveli adına Milli Elm Fondu təşkil edib.

Bağınızı, həyətyanı sahənizi populyar piknik ərazisinə çevirin və qazanın

Yay mövsümü həm də piknik mövsumudü. Əyalətlərə istirahətə yollanan insanların çoxunun piknik yeri ilə bağlı narahatçılıqlarının olduğu isə faktdır.

Bəzən piknik üçün nəzərdə tutulan yerlərdə çox sıxlıq yaranır, bəzi yerlərdə isə münasib minimal infrasturuktur, minimal - məsələn su, komfort üçün tələb olunan oturacaqlar, günəşdən, yağışdan qorunmaq imkanı verən talvarlar belə olmur.