Dünyanın ən böyük uçağı sınaq uçuşu edib

"Stratolaunch Systems" şirkəti şənbə günü ABŞ-ın qərbində raket daşıyıcılarının havaya buraxılışı üçün nəzərdə tutulan dünyanın ən böyük "Stratolaunch" təyyarəsinin ilk yay sınağını həyata keçirib. TASS xəbər verir ki, sınaq uçuşu Kaliforniya ştatının Mohave səhrası üzərində baş tutub. İkigövdəli təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 117 metrdir. Hava gəmisində "Boeing 747" təyyarəsinin altı mühərriki quraşdırılıb.

VI Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

 Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Qubada vətəndaş qəbulu keçiriləcək

Aprelin 20-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini bölgə üzrə vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis şöbəsindən verilən məlumata əsasən aprelin 20-də Azərbaycan respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Quba rayonunda bölgə üzrə vətəndaş qəbulu keçirəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəailiyyətinə və daxili işlər nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Qubada gənclər arasında intelektual oyun keçirilib.

Aprelin 13-də Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində gənclər arasında intelektual yarışma keçirilib.

Neftlə qidalanan bakteriyalar aşkarlanıb

East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər. Xarici KİV-ləri xəbər verir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən biri deyib: “Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq”.

UEA-nın alimi Jonathan Todd Marian çökəkliyində karbohidrogenlərlə qidalanan bakteriyalar qrupu aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, karbohidrogenlər hidrogen və karbon atomlarından ibarətdir. Bu, xam neft və təbii qazda da mövcuddur. Həmin mikroorqanizmlər neftlə qidalanaraq yaşayırlar.

Kənd turizmi – fərqli baxış

Kənddəki işlərinizi turistlərlə görüb, pul qazanın

Kənd turizmi bu gün dünyada sürətlə inkişaf edən turizm sahələrindən biridir. Ancaq kənd turizminin kəndə gələn qonaqların sadəcə yatacaq yeri və qida ilə təmin edilməsi kimi anlama gəlməsi fikri yanlışdır. Kənd turizmi əslində kəndə gələn turistə tam mənadə kənd hayatı yaşatmağı nəzərdə tutur. Bu baxımdan hər kəs öz kənd evinin, həyatyanı sahəsinin, təsərrüfatının, yerli iqlim, ilin fəsli və ətraf təbiətin, goqrafi məkanın yaratdığı imkanlardan instifadə edərək turistlərə tam fəqli və fərdi turizm xirmət paketləri təqdim edə bilər.

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

Aprelin 12-də “Azərosmos” ASC tərəfindən Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib.Təhsil Nazirliyi və “Azərkosmos” ASC-nin birgə keçirdiyi “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini uğurla keçən komandalar iştirak edib.

Festival çərçivəsində “Azərkosmos” və Rusiyanın “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyəti və iş prinsipi barədə təlim keçirilib. Təlim əyani olaraq raket modelləri üzərində aparılıb.

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır

Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır. bunu Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:"Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir".