Kənd turizmi – fərqli baxış

Kənddəki işlərinizi turistlərlə görüb, pul qazanın

Kənd turizmi bu gün dünyada sürətlə inkişaf edən turizm sahələrindən biridir. Ancaq kənd turizminin kəndə gələn qonaqların sadəcə yatacaq yeri və qida ilə təmin edilməsi kimi anlama gəlməsi fikri yanlışdır. Kənd turizmi əslində kəndə gələn turistə tam mənadə kənd hayatı yaşatmağı nəzərdə tutur. Bu baxımdan hər kəs öz kənd evinin, həyatyanı sahəsinin, təsərrüfatının, yerli iqlim, ilin fəsli və ətraf təbiətin, goqrafi məkanın yaratdığı imkanlardan instifadə edərək turistlərə tam fəqli və fərdi turizm xirmət paketləri təqdim edə bilər.

Turistlərə təqdim edilən xidmətlər sirasına ən ağlagəlməz, ən qəribə xitmətləri də sala bilərsiz, məsələn qonaqlara qoyun otarmaqda, heyvanlara – ev quşlarına qulluq etməkdə, əkin sahəsinə - əkində, biçində, mövsumdən asılı olaraq məhsul yiğımında iştirak etməyi, qış tədarükü hazırlamaqda, meşələrdən meyvə, dərman otları, göbələk toplamaqda və adi gündəlik kənd həyatında hər gün baş verən bütün digər proseslərdə iştirak etməyi təklif edə bilərsiniz, inanın ki, sizin adi iş hesab etdiyiniz bu işlərin çoxu iri şəhərlərdən gələn turistlər üçün əsl atraksion təsiri bağışlayıb, onlara fərqli, əyləncəli, yaddaqalan bir gün yaşamaq imkanı yaradacaq, odur ki, çox gözləməyin, adi hesab etdiyiniz kənd islərini də, fərdi turizm xidməti paketlərinə daxil edib, oz kənd evinizi, həyatyanı sahənizi gəlirli turizm obyektinə çevirin.

Yeni biznes ideyanın ugurlu olsun.