Atatürkün dünya uşaqlarına ərmağanı

“23 Aprel” Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi tətil günlərindən və milli bayramlarından biridir.
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən dünya uşaqlarına ərmağanıdı.

1979-cu ildə ilk dəfə olaraq 6 ölkənin iştirakı ilə beynəlxalq səviyyəyə qaldırılan bu bayram üçün Türkiyəyə dünyanın çox ölkəsindən uşaqlar gəlməyə başladı.
Bununla Türkiyə 23 Apreli həm dünya uşaqlarına bayram hədiyyəsi etdi, həm də Uşaq Bayramını beynəlxalq aləmdə bölüşən ilk və yeganə ölkə oldu.

23 Aprel Türkiyə Böyük Millət Məclisinin açılışı və bu səbəbdən də xalqın rəhbərliyə tam mənasıyla hakim olmasının ilk günü olduğu üçün milli suverenlik baxımından da əhəmiyyətli bir məna daşıyır.

“1980 Çevrilişi” dövründə Milli Təhlükəsizlik Şurasının, bu bayrama rəsmi olaraq "23 Aprel Milli Suverenlik və Uşaq Bayramı" adını verib. Anlamı isə bu oldu:
23 apreldə Türkiyə Respublikasının quruluşununun suverenliyin qeyd edilirsə, Uşaq Bayramı da döyüş əsnasında yetim qalan yoxsul uşaqların bir bahar şənliyilə sevindirmək məqsədini daşıyır.