Araba turu

Hər bir turistin harasa səfəri zamanı ən əsas istəyi nədir? Əlbətdə sualın cavabı çox ola bilər, istirahət etmək, yeni yerlər görmək, təbiətə çixmaq və sair, amma əslində cavab birdir – yeni və xoş təsuratlar yaşamaq.Səbəb isə odur ki, turistlərin 99 fazini şəhər əhalisi təşkil edir. Onların həyatı avtomobillərdə, ictimai nəqliyyatda, ofislərdə keçir. Belə turistlərə kənd yerlərində fərqli təəssürat yaşada biləcək imkanlardan biri isə Arabadır. Bəli, kənd sakinlərinin sadəcə yük daşımaq üçün, qısa məsafələrə nəqliyyat vasitəsi kimi istifadə etdiyi adı, sadə at arabası. Bu araba şəhər sakinləri üçün əsl aktaksion – maraqlı əyləncə ola bilər. Əgər yaşadığınız ərazıdə at arabası turları təşkil edib, turistləri meşə, dağ ərtafə ərazilərdə, gəzməli, görməli yerlərdə, ya elə kəndinizin öz içində at arabası ilə tələsmədən gəzdirsəz, onlara fəqrli təsüratlar yaşada bilərsiz. Turistlər üçün isə, yuxarıda qeyd etdiyimiz kimi, ən əsası elə budur – yeni və fəqli təsüratlar.

Bu biznesi qurmaq üçün isə, əlavə heç nə lazım deyil, - arabanız varsa, hesab edin biznesiniz də atrıq var. Sadəcə bu xidmətiniz barədə həm yaşadığın ərazidə, turistlərin tez-tez olduqları məkanlara yaxın yerlərdə və sosial şəbəkələrdəki uyğun qruplarda elanlar yerləşdirin və araba turunun nə olduğunu yaşamaq istəyənlər, özləri sizi tapacaqlar.

Yeni biznes ideyanız ugurlu olsun.