23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu günlə bağlı olaraq Quba rayon Mərkəzləşdirilimiz Kitabxana Sistemində keçirilən tədbirdə yeli yazarlar, kitabxana əməkdaşları, kitabxananın daimi oxucuları iştirak edib. Tədbiri guiriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov günün mahiyyəti haqqında məlumat verərək bildirib ki, 23 aprelin Dünya Kitab və Müəlliflik Günü kimi qeyd olunması haqqında qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Daha sonra qeyd olundu ki, Müraciətdə kitabların bizim mənəvi dünyamıza boylanmağa imkan verdiyi, heç bir sərhəd və fərqə baxmayaraq, insanlar arasında qarşılıqlı hörmətə və anlaşmaya yol açdığı bildirilir. Qeyd edilir ki, yaşadığımız qeyri-sabit dövrdə kitablar cəmiyyəti irəli getməyə yönəldən, insan zəkasının müxtəlifliyini təcəssüm etdirən və bəşəriyyətin zəngin təcrübəsini özündə ehtiva edən xəzinədir. Müraciətdə Dünya Kitab və Müəlliflik Hüququ Gününün insanlara yazılı söz mədəniyyətinin genişləndirilməsinin daha səmərəli yolları və bu mədəniyyətin hər kəs üçün əlçatan olması barədə düşünməyə imkan yaratdığı bildirilir. Sonrakı çıxışlarda da Dünya Kitab və Müəlliflik Gününün Azərbaycanda qeyd olunması tarixindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

Tədbir iştirakçılarının diqqətinə çatdırlıb ki, Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Tədbirin sonunda ədəbi-bədii kompazisiyalar göstərilib.