Sahibkarlarımız sərgiyə dəvət edilib

Mayın 26-27-də Aşqabadda "Türkmən xalçaları və tekstili - dünya brendi" adlı sərgi keçiriləcək 

Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar Aşqabadda sərgiyə dəvət olunurlar. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildirilib ki, mayın 26-27-də Aşqabadda "Türkmən xalçaları və tekstili - dünya brendi" adlı sərgi keçiriləcək. Sərgidə tekstil və avadanlıq, təbii liflərin təkrar emalı, geyim və ayaqqabı, ev tekstili, əl xalçaları və xalça məmulatları, ehtiyat hissələri və köməkçi materiallar, kimyəvi maddələr və boyalar, aksesuarlar nümayiş ediləcək.