Turist əşyalarının kirayəsi

Təbiət qoynuna – dağlara, meşələrə, göllərin, çayların sahilinə, bulaq başına üz tutan turistlərin ən çox ehtiyac duyduqların həmin ərazilərdə mimimal bir komfort yaratmaq, bəzən isə gecələmək üçün yer tapmaq problemidir.

Düzdür bir çox turizm obyektləri, istirahət zonaları bu ehtiyacı qarşılayır, amma elə turistlər də var ki, onlar insanların çox toplaşdıqları bu infrasturukturlu yerlərə deyil, toxunulmamış təbiət qoynuna – sakit məkanlara üstünlük verirlər.

Türkmənistanda EKO-MODA sərgisi keçirilib

Aprelin 17-də Aşqabadda Beynəlxalq Yer Kürəsi Gününə həsr olunan eko-moda sərgisi keçirilib. Aşqabadda dayanıqlı moda və əşyaların rasional istifadəsi üzrə təşkil olunan eko-moda sərgisi hər il aprelin 22-də qeyd olunan Beynəlxalq Yer Kürəsi Gününə həsr edilib. Sərgidə BMT-nin Türkmənistandakı əlaqələndiricisi Yelena Panova günümüzdə dayanıqlı modanın daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bunun sayəsində həm əhalinin məşğulluğu təmin edilir, hə də iqlim dəyişməsi təhlükəsi azalır. BMT-nin nümayəndəsi əlavə edib ki, bu səbəblərdən dayanıqlı inkişafın üç mühüm tərkib hissəsinə - istehlakın azaldılması, təkrar istifadə və təkrar emal prinsiplərinə əməl olunmasına səy göstərilir.

Qubada Prezidentin son bir il ərzindəki çalışması ilə bağlı toplantı olub

Aprelin 16-da Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin son bir il ərzindəki çalışması ilə bağlı toplantı keçirilib

Qlobal sağlamlıq turizmi forumu keçiriləcək

Beşinci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur

Aprelin 22-24-də Bakı şəhərində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyası keçiriləcək.Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının mətbuat xidmətindən bildirilib ki, “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdiriləcək tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur.

Naxçıvan “Kətə” festivalı keçirilib.

Aprelin 16-da “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində başlayan növbəti “Kətə” festivalı bu gün başa çatıb.

Tədbirdə aparıcılar festival iştirakçılarına naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər. Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.

Yanan katedral yeniden tikiləcək

Emmanuel Makron: Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı yenidən tikəcəyik

Aprelin 15-də Parisin ən görməli yerlərindən biri olan, qədim memarlıq xüsusiyyətləri ilə seçilən Notr-Dam və ya Müqəddəs Məryəm kilsəsində yanğın baş verib. Yanğının söndqürülməsinə 400 yanğınsöndürən cəlb olunsa yanğın 9 saat davam edib. Məryəm Ana katedralındakı yanğının baş verdiyi əraziyə gələn Prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib. Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib: “Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana katedralı bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı bərpa edəcəyik”.

Sınanan bələdçilər hazırlanacaq

Aprelin 16-da Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birinci baş assambleyası keçirilib. Tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid, Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsini icra edən Kənan Qasımov və başqaları çıxış edərək assambleyanın məqsəd və hədəflərindən, regionda turizmin inkişafından söhbət açıblar.Bildirilib ki, ölkəmizdə təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər keçiriləcək, bələdçilər sertifikatlarla təmin ediləcək.Qeyd edilib ki, ötən il ölkəmizə 2 milyon 850 min əcnəbi gəlib. Turizmin inkişafı müasir çağırışlara cavab verən yeni bələdçilər nəslinin formalaşdırılmasını tələb edir. Bələdçi öz ölkəsinin tarixi və coğrafiyası, etnoqrafiyası, mədəniyyət və incəsənətini dərindən bilməlidir. Təbii ki, dil bilikləri ilə yanaşı, peşə təcrübəsindən lazımi istifadəni də bacarmalıdır.

Mətbəx gəzintisi

Turistlərə yerli xörəkləri hazırlamağı öyrədin və qazanın

Azərbaycanın zəngin mətbəx mədəniyyəti və ləziz yeməkləri həmişə həm yerli, həm də xarici turistlərin ən çox zovq aldığı məqamlardan biridir. O da faktdır ki, Azərbaycanın hər bir bölgəsinin, hər bir diyarının öz ayrıca fərqli bir mətbəx düsturları, fəqli mətbəxləri və fəqli xörəkləri də var.

İndi isə təsəvvür edin, siz qonaqlara sadəcə bu fərqli yeməkləri dadmağı yox, həm də onu necə hazırlamağı öyrənməyı, bu xörəklərin hazırlanmasında iştirak etməyi də təklif edirsiniz.

Əmin olun ki, həm yerli, həm də xarici turistlər daddıqları ləziz xorəkləri necə hazırlamaq qaydasını onlara da öyrətdiklərinə görə sizə minnətdar olacaqlar.