Turist əşyalarının kirayəsi

Təbiət qoynuna – dağlara, meşələrə, göllərin, çayların sahilinə, bulaq başına üz tutan turistlərin ən çox ehtiyac duyduqların həmin ərazilərdə mimimal bir komfort yaratmaq, bəzən isə gecələmək üçün yer tapmaq problemidir.

Düzdür bir çox turizm obyektləri, istirahət zonaları bu ehtiyacı qarşılayır, amma elə turistlər də var ki, onlar insanların çox toplaşdıqları bu infrasturukturlu yerlərə deyil, toxunulmamış təbiət qoynuna – sakit məkanlara üstünlük verirlər.

Şəhərdəndən, xarici ölkələrdən təbiət qoynuna üz tutan belə turistlər bu minimal komfortu yaratmaq üçün lazım olan əşyaları, adi qab – qacaqdan tutmuş cadırlara, oturacaqlara qədər hər şeyi özləri ilə daşımaq məcburiyətində qalırlar.

Bu isə o deməkdir ki, tələbat var. Əgər yaşadığınız ərasi turistlərin üz tutdurları belə məkanlardandırsa o zaman elə evinizin içində turistlərə adi qab-qacaqdan, tutmuş oturacaqlara, çadırlara qədər dağlarda, meşələrdə, çayların, göllərin sahilində minimal komfort yaratmaq və təbiət qoynunda istirahəti daha komfortlu etmək imkanı verən kirayə məntəqəsi yaratsanız uduzmazsız.

Turistlərin sizin təklif etdiyiniz xidmətdən xəbardar olması üçün isə öncədən tematik saytlarda, sosial şəbəkələrdəki mövzuya uyğun qruplarda elanlar yerləşdirmək lazımdır ki, bölgəyə gələn turistlər minimal komfort üçün lazım olan həmin əşyaları şəhərdən özləri ilə daşımadan daha yungul yüklə daha rahat sizin məkana gələrək, lazım olan əşyaları orada sizdən kirayə götürsünlər.

Bu xidmətə turistlərin ərzaq ilə təmin edilməsinı də əlavə etsəz, tam kompleks bir xidmət servisi təklif edən iş adamına çevrilə bilərsiz.

Bu yay turistlərin qayğılarını azaltmaq və əlavə gəlir əldə etmək istəyirsinizsə indidən başlayın.

Yeni biznes ideyanız ugurlu olsun