Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.
Nazirlikdən bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.