“Lonely Travel” turoperatoru nəşr etdiyi “Best in Travel” siyahısına Azərbaycanı ilk onluğa saldı. Hər gün yenilənən və inkişaf edən Azərbaycan Turizmi dünyanın diqqətini çəkməkdə davam edir.
Dünyanın fərqli yazılı və görüntülü mediyasında yer alan Azərbaycanın turistik bölgələri ölkəmizə turist sayının hər keçən gün daha da artmasına səbəb olur. Bəs bu dəfə hansı beynəlxalq nəşr öz yayınında ölkəmizə yer verdi? Bizi izləsəz sualın cavabını biləcəksiz. “Lonely Travel” turoperatoru özünün “Best in Travel” siyahısını təkrar nəşr edib. Gələn il üçün səyahətlərin reytinq siyahısına qiymət və keyfiyyət nisbətləri ən münasib olan ölkələr, regionlar, şəhərlər və istiqamətlər daxil edilir. “Lonely Travel” nəşrinin müəllifləri növbəti dəfə səyahətə çıxarkən sərf edilən hər qəpiyin müqabilində ləzzət almaq istəyənlər üçün on bölgə seçiblər. siyahi Bələdçiyə daxil edilmiş on ən yaxşı istiqamət arasında Azərbaycan da var. Nəşrdə : “Cənubi Qafqazda yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkandır. Bu səbəbdən ölkə daha da cəlbedici olub. Azərbaycan öz təbii gözəllikləri, sahilyanı rayonların fərqli landşaftı ilə qonaqları heyrətləndirir. Ölkənin paytaxtı Bakı şəhəri orta əsrlərə aid qala ilə məşhurdur. Buradakı tikililər ən müasir memarlıq nümunələri ilə heyrətamiz təzad təşkil edir. Bütün bunlar sizə az görünürsə, bunu da əlavə edək ki, Azərbaycan dünyada ən ucuz ölkələrdən biridir” deyə qeyd edilir. “Lonely Travel”in ən yaxşı turizm istiqamətləri siyahısına İndoneziyanin Şərqi Nusa Tenqara, Macaristanin paytaxtı Budapeşt, Hindistanin Madhya-Pradeş bölgəsi,ABŞ-in Buffalo və Cənubi Afrikanın Keyp Uaynlends şəhərləri də yer alıb.