kiçik qəhrəmanımız insanlarla ünsiyyət yolunu çəkdiyi rəsmlər və hördüyü əl işlərində tapıb.
Əməkdaşlarımız Siyəzən rayonunda olub,eşitmə və Nitq qabiliyyəti olmasa da, öz əl işləri ilə bütün ürəyindəkiləri anlatan Ayşən Novruzovanın qonağı olublar. Hazırladığı əl işlərini Qafqaz tv-nin əməkdaşları ilə bölüşməkdən sevincini gizlətməyən qəhrəmanımızı gəlin birgə tanıyaq. Bizim səssiz qəhrəmanımız Ayşənin yaratdığı əl işləri artıq ölkəmizin hər yerinə səs salıb. O, 2002-ci ildə Siyəzən rayonunda doğulub. Nitq qüsurlu eşitmə qabiliyyəti olmayan 17 yaşlı Ayşən. 1000-ə yaxın əl işi var. O öz sözlərini bu əl işləri ilə çatdırır insanlara. Onun əl işləri həm rayon tədbirlərində həm də respublika üzrə yüksək yerlərə layiq görülüb.10 yaşından bəri möcüzələr yaradan Ayşənin əl işləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də çox bəyənilərək dəyərləndirilib. Bu sənəti isə anasından öyrəndiyini deyir. Hətta tullantılardan belə möcüzələr yarada bilir qəhrəmanımız. Müsahibimiz həm rəsm çəkərək, həm də müxtəlif hörgü işləri ilə öz ruhundakıları əks etdirir. Onun “Tülki və Hacıleylək” təmsilini əks etdirən rəsm işi isə rayon tədbirində 1-ci yerə layiq görülüb. Sonda bizimlə xatirə fotosu çəkdirmək istəyən balaca qəhrəmanımızın Yaşı az olsa da, böyük ürəyi var. qafqaz tv olaraq Ayşən Novruzovaya öz sənətində yüksək yerlərə çatmağı və bol uğur arzu edirik. Zeynəb Nadirova, Əli Hacıyev Siyəzən rayonundan xüsusi olaraq Yenilik Gündəlik Bilgi Paylaşımı üçün