ARIÇILAR ASSOSİASİYASI BALIN İDXALINA MƏHDUDİYYƏT TƏKLİF EDİR

Bu il Azərbaycanda 5 min ton bal istehsal olunub Son illər arıçılığın inkişafında nəzərə çarpacaq dərəcə irəliləyiş var.Arı ailələrinin sayı artıb və nəticə etibari ilə məhsuldarlıq da artıb.

Amma arıçılar tədarük etdikləri balı satmaqda müəyyən çətinliklərlə qarşılaşır. Arıçılar asosiyası isə balın idxalına məhdudiyyəti təklif edir. Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik”. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Qafqaz tv açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb: "Dünya təcrübəsində belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət qoyulur. Türkiyə və İsrail kimi ölkələr belə bir addım atdıqdan sonra onlarda yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Biz də bunu edə bilsək, Azərbaycanda arıçılıq sürətlə inkişaf edəcək”. Bədrəddin Həsrətovun sözlərinə görə Azərbaycan balının çox böyük ixrac potensialı var. Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki istehsal isə artıq 5 min tonadan artıqdır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan, həmçinin, artıq xaricə bal ixracını da həyata keçirir. Belə ki, bu il Yaponiyaya,İordanıyaya Birləşmiş Ərəb Əmirliklərinə və Dubaya az miqdarda bal ixrac olunur. Yerli İstehsal artarsa ixrac coğrafiyasını daha da artırmaq olar