20 İLƏ YAXINDIR NALBƏNDLİK EDƏN QƏHRƏMANIMIZ FƏRQLİ QURĞU HAZIRLAYIB

Zərbələrdən qorunmaq və işinin rahatlığı üçün məhz bu ideyanı düşünüb Yaşı az olsada qədim peşəni yaşadan qəhrəmanımız 37 yaşlı Yevlax sakini Ramin Hüseynov 20 ilə yaxındı nalbəndlik edir.

Maraqlı məqam ondan ibarətdir ki, o atlara özünün hazırladığı qurğuda çox rahat şəkildə nal vurur.sizə də maraqlı gəldisə sujeti izləyək. Salahlı kənd sakini bildirir ki, dəfələrlə ata nal vuran zaman heyvanın qəfil zərbələrinə tuş gəlib. Belə zərblərdən qorunmaq və işinin rahatlığı üçün məhz öz ideyası əsasında qurğu hazırlayıb. Yevlax və ətraf rayonlardan nalbəndə müraciyyət edənlər çoxdur. Ramin Hüseynov atların ayaq ölçüsünün fərqli olması ilə yanaşı, dağlıq və aran zonlarının həmçinin yarış və yük üçün istifadə edilən atların uyğun nalları olduğunu deyir. Aran bölgəsində atların daha çox iki qabaq ayaqları nallanır. Gənc nalbəndə müraciyyət edənlər deyir ki,atlara nal vurulduqdan sonra heyvanın hərəkəti rahatlaşır. Atlarla nal vurulması 3 aydan bir həyata keçirilir. Heyvanın 4 ayağı nallanarsa 14 manat, iki ayağı yarı qiymətə başa gəlir