2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir. 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib. Bildirilib ki, 2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minəcək. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq. AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, yüksək təzyiq xəstəlikləri, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, maddələr mübadiləsi problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir. Yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.