Azərbaycanda qış turizmi mövsümü nə vaxt açılacaq? Qış fəslinin gəlməsi, turizm ölkələrində həm də qış turizminin başlaması deməkdir. Azərbaycanda da qış turizmi ilə bağlı son zamanlar xeyli işlər görülür.
Bəs görülən işlərin nəticəsində Azərbaycana turist axını hansı səviyyədədir?qış turizm mövsümünə bəs şimal bölgəsi necə hazırlaşıb?suallarımıza cavabı sıradakı sujetdə tapa bilərik. Azərbaycanda qışı maraqlı və əyləncəli, dostlar, sevimli insanlarla birlikdə yaddaqalan keçirmək istəyən hər kəs bunun üçün əsas olaraq hara ?əlbəttə qubaya üz tutur. Bu il üçün də bu yerlər aktuallığını qoruyur. “Ənənəvi olaraq Şahdağ və Qəbələ ərazisindəki Tufandağ turizm kompleksləri aktualdır. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən yararlanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil. Ümumdünya Turizm Təşkilatının statistikasına əsasən, hər il dünya üzrə turistlərin təxminən 30-35%-i istirahət mərkəzlərinə məhz qış aylarında üz tutur. Bu respublikamızda da özünü göstərməkdədir. Son illər Azərbaycanda yüksək turizm infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq qış turizminə maraq artıb. Turizm Agentliyindən o da bildirilib ki, qış turizmi agentliyin və Azərbaycan Turizm bürosunun bu ilki fəaliyyət planında geniş yer tutub: “Belə ki, Şahdağ və Tufandağ kurortlarının turizm təkliflərini turistlərə aşılamaq məqsədilə hədəf ölkələri nəzərdə tutan onlayn kampaniyalar həyata keçirilir. “Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun 2020 fəaliyyət planında isə qış xizək kurortlarında turizm fəaliyyət istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub”. daha çox qış turizm mənbəyi hesab edilən Quba-Qusarda isə bütün hazırlıqlar demək olarki görülüb. Artıq rayondakı istirahət mərkəzləri soyuq qış günlərində turistləri qəbul etməyə tam hazırdır. dekabrin 15 inden strrt goturecek qis turizm movsumunde Qubada 10-na yaxın istirahət mərkəzi fəaliyyət göstərir. Bundan başqa dağ kəndlərindəki bəzi yaşayış evləri də turistlərə təklif olunur. Qışda Qubaya gələn ziyartəçilər müxtəlif tarixi abidələri və təbiət mənzərələrini əhatə edən 6 istiqamətə təşkil olunan tur-paketlərdən də istifadə edə bilər. Ölkənin Şimalında qış turizm mövsümü əsasən dekabr-mart aylarını əhatə edir.