Azərbaycanın az qala hər kəndinin öz tarixi var. Turizm bölgələrində yerləşən kəndlərin də o cümlədən. Ancaq yolu bu kəndlərdən düşən turistlər olduqları kənd, onun tarixi, buralarda baş verən maraqlı hadisələr, buralardakı tarixi keçmiş barədə nə bilirlər? Demək olar ki heç nə.
Bəs əgər bu kəndlərin hər birində hansısa bir evdə muzey xarakterli bir otaq olsa və o otaqda bu kəndin tarixini, mədəniyyətini, keçmişini əks etdirən, mədəniyyət nümunələri, rəsmlər, qablar, heykəllər, fotolar, xalçalar və sair toplansa və bütün bu eksponatlar barədə dolğun və maraqlı məlumatlar vermək bacarığında olan bir muzey yönəticisi olarsa, turistlər bu muzeylərə maraq göstərərmi? Əlbətdə ki, bəli.