Şimal rayonlarına qar yağıb

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.Ən çox yağıntı da Qubanın Qırız kəndinə düşüb. Hazırda bu kənddə 6 santimetr qalınlıqda qar var. Xınalıq kəndinə 4, Xaltana 3, Qubanın rayon mərkəzinə isə 1 santimetr qalınlıqda qar yağıb. Xızının Altıağac qəsəbəsində isə qarın qalınlığı 4 santimetrdir.