Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.
Rusiyanın yavaş-yavaş cənubi Qafqaza geri döndüyü müşahidə edilir. Ermənistan isə bu arada silah istehsal etməyə hazırlaşır. Bu barədə Hreparak nəşri yazır. Qəzetin yazdığına görə İrəvan hökumətinə yaxın olan CPT Holdinq hazırda Ararat vilayətində zavod tikir. Burada istehsal olunan silahların Avropaya satılacağı, həmçinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən də istifadə olunacağı bildirilir.
Tehran nüvə sazişinin imzalanmasına razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına kimi yox olacaq. Bu barədə Britaniyanın “Deyli Ekspress” qəzeti ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən yazıb.Mənbə bildirib ki, İranın nüvə sazişinə razılaşması üçün ABŞ-ın Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyi müddət qədər “sayılı günləri” qalıb.
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin
Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma bunun tam əksi baş verdi.
Azərbaycan ərazisində aprelin 2-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti bilgi yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Telefon danışığı ilə əlaqədar İran tərəfi də bilgi yayıb.“Xəbəronline” xəbər agentliyinin verdiyi bilgiyə görə, Məsud Pezeşkian telefon danışığı zamanı Azərbaycan xalqının Ramazan və Novruz bayramlarını təbrik edərək deyib: Ümid edirəm ki, Azərbaycanın müsəlman xalqı və bütün dünya müsəlmanları bu müqəddəs ayın və bu böyük bayramın bərəkətindən bəhrələnsinlər. Azərbaycan Prezidenti də öz növbəsində İran Prezidentini və xalqını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. Telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb.