Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin və Koreyanın Azərbaycandakı səfirliyinin
birgə təşkilatçılığı ilə “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzusunda tədbir keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Orta Dəhliz mövzusunun Asiya ilə Avropa arasında sabit və təhlükəsiz bağlantılara artan tələbat fonunda xüsusi aktuallıq kəsb etdiyini bildirib. Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq Orta Dəhlizin strateji əhəmiyyətini daha dərindən anlamağı, həmçinin Koreya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını araşdırmağı hədəflədiklərini deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda baş verən proseslər xüsusi maraqla izlənilir. Seul Milli Universitetinin Asiya Mərkəzinin direktoru professor Su-hong Chae qeyd edib ki, Orta Dəhliz Azərbaycan ilə Koreya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
