Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Telefon danışığı ilə əlaqədar İran tərəfi də bilgi yayıb.“Xəbəronline” xəbər agentliyinin verdiyi bilgiyə görə, Məsud Pezeşkian telefon danışığı zamanı Azərbaycan xalqının Ramazan və Novruz bayramlarını təbrik edərək deyib: Ümid edirəm ki, Azərbaycanın müsəlman xalqı və bütün dünya müsəlmanları bu müqəddəs ayın və bu böyük bayramın bərəkətindən bəhrələnsinlər. Azərbaycan Prezidenti də öz növbəsində İran Prezidentini və xalqını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. Telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb.
1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə əlaqədar Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Xidmətin məsul şəxsləri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Ölkəmizin hər yerində olduğu kimi Quba rayonunda da Ramazan bayramı ilə əlaqədar səhər saatlarında Bayram namazı qılındı. Cümə məscidində namaz 8:00-da, Ərdəbil məscdində isə 10:00-da başladı.
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Quba şəhərində iftar mərasimi təşkil olunub. İftar mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, şəhid ailələri, qazilər, veteranlar, digər rəhbər şəxslər, bir qrup din xadimi, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.
Ramazan ayının orucluğu sona çatır. Martın 30-u Azərbaycanda Ramazan bayramının namazı qılınacaq. Bayram namazına qədər isə - öncəki axşam evlərdən fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək. İlahiyyatçılar deyirlər ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. İslam şəriətinə görə, istər varlı olsun, istər yoxsul, istər sağlam olsun, istər xəstə - fitrə zəkatını çıxarmaq hamı üçün savabdır.
Yaz fəslinin təbiətə qədəm basmasını hər il xalqımız Novruz bayramı adı altında böyük coşqu ilə bayram edir. Bu baxımdan çox vaxt Novruz bayramını bahar bayramı - yəni yaz fəslinin gəlişi kimi də adlandırırlar. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir.Bu barədə “Hraparak” nəşrinin yaydığı məlumatda bildirilib.Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycanın “Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia” kimi təqdim edib.
Novruz bayramı münasibətilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında möhtəşəm ümumrayon tədbiri keçirilib.Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.