XANKƏNDİDƏ ZƏFƏR PARKININ TƏMƏLİ QOYULDU

Prezident İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına parkda görüləcək işlər barədə ətraflı məlumat verdi. Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub.

QUBADA ŞƏHİDİN ANIM TƏDBİRİ KEÇİRİLDİ

ADPU-nun Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyatçısı, Vətən müharibəsi Şəhidi Seymur Mahir oğlu Qocayevin xatirəsinə həsr olunan “Qanı ilə tarix yazan qəhrəman: Şuşa fatehi Seymur Qocayev” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.

İRAN PREZİDENTİ AZƏRBAYCAN DİLİNDƏ ŞEİR DEDİ

Məsud Pezeşkian Təbrizin Tehranda keçirilən mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın

AZƏRBAYCANIN İLK VƏ ƏN UZUN DƏMİRYOL TUNELİ

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb. Bu barədə Azərbaycan Dəmir Yolları QSC bilgi yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupundan verilən bilgiyə görə, Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62%-i tamamlanıb. “Ox üzrə uzunluğu 110,4 km olan yolun 104 və 106-cı km-lərində dəmiryol tunelləri inşa olunur. Tunellərdən biri müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı km-də uzunluğu 1 071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65%-i tamamlanıb.

ƏRƏBLƏR DÜNYANI NÜVƏ MÜHARİBƏSİNDƏN XİLAS EDİR

Səudiyyə Ərəbistanı yeni “nüvə sazişi” üzrə danışıqlarda ABŞ və İran rəhbərliyi arasında vasitəçilik etməyə hazırdır.

HAYLARIN YER ÜZÜNDƏN SİLMƏYƏ ÇALIŞDIĞI QARADAĞLI

1991-ci ilin noyabrından başlayaraq Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.

UKRAYNA BU ƏRAZİLƏRDƏN İMTİNA EDƏ BİLƏR?

Rusiya və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara 17 fevraldan, yəni bu gündən başlayacaqları gözlənilir.

QUBANIN 11 KƏNDİNDƏ MODUL TİPLİ TİBB MƏNTƏQƏSİ TİKİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.