Paşinyan hakimiyyətini qorumaq üçün Türk ordusunu ölkəyə dəvət edəcək. Bu iddia ilə erməni hüquq müdafiəçisi Karapet Paqosyan çıxış edib. Onun iddiasına görə Paşinyan rusiyalı sərhədçiləri Marqara keçid məntəqəsindən Türkiyənin tələbi ilə çıxarıb.
Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur. Novruz bayramından əvvəlki dörd çərşənbənin yəni su, od, yel və torpağın hər birinin xüsusi özəlliyi var. Bəs od çərşənbəsini digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır? Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, tarixçi-etnoqraf Şəhla Nuruzadə Qafqaz TV-yə Od çərşənbəsinin rəmzi mənasından, qədim ənənələrindən danışdı.
Monqolustanda Çingiz xanın qızıl heykəlinin açılış mərasimi keçirildi.
Monqol xalqının milli kimliyinin simvolu sayılan Çingiz xan tarixin ən qüdrətli sərkərdələrindən biridir. Onun irsini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə Monqolustan hökuməti möhtəşəm bir layihəni həyata keçirib. Paytaxt Ulan-Batorda yerləşən Çingiz Xan Milli Muzeyində yeddi metrlik qızıl heykəlin açılış mərasimi keçirilib. Tədbirdə ölkənin rəhbər şəxsləri, tarixçilər və ictimai xadimlər iştirak ediblər.
"Milli Muzeyin 9-cu mərtəbəsində quraşdırılan heykəl 2025-ci il martın 1-də, Ay təqvimi ilə Yeni ilin – Çağan Sar bayramının ilk günündə ziyarətçilərin üzünə açılıb. Heykəlin hazırlanması iki il çəkib və onun eskizləri tarixçilər və mütəxəssislər tərəfindən təsdiqlənib. Qızıl suyuna çəkilmiş bu möhtəşəm abidə Monqolustan Mərkəzi Bankının maliyyə dəstəyi ilə Florensiyada hazırlanıb. O, razılaşdırılmış vaxtdan düz bir il və bir gün sonra Monqolustana gətirilib.
"Heykəlin postamentində qərbdən şərqə doğru fırlanan, Hun İmperiyasına məxsus naxışlar yer alıb. Çingiz xanın əlindəki qızıl tuqranın üzərində isə qədim monqol hökmranlarının mühüm ifadələrindən biri həkk olunub: ‘Böyük monqol xalqının Dalay-xanı əbədi göy qüdrəti ilə hökm edir. Əgər o, fəth olunmuş xalqa gəlsə, qoy onu ehtiramla qarşılasınlar və qoy ondan qorxsunlar.’"
Çingiz Xan Milli Muzeyində gələcəkdə daha geniş miqyaslı sərgilər təşkil ediləcəyi nəzərdə tutulur. Muzey əməkdaşları burada rəqəmsal, virtual və interaktiv mühit yaratmaq üzərində çalışırlar ki, ziyarətçilər Böyük Xanın irsi ilə daha yaxından tanış ola bilsinlər.
Çingiz xan təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin simvoludur. Monqol xalqının tarixini, mədəniyyətini və milli ruhunu yaşadan bu heykəl minlərlə insan üçün qürur mənbəyinə çevriləcək.
Prezident İlham Əliyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.Dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırladı.Qazaxıstan Prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev dedi ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib.Dövlətimizin başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd etdi.
Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirdi.Xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub.Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxundu.Qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Oljas Bektenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş etdi.Qazaxıstanın Baş naziri dedi ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ölkələrimiz arasında əlaqələr inkişaf edir və o, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd etdi.
Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirdi ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Transxəzər multimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını dedi və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırdı.
Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olundu, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulandı. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə investisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu. Həmçinin yaşıl enerji sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıldı.
Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Prof. Dr. Alpaslan Ceylan hər il olduğu kimi bu il də Ramazanın ilk iftarını tələbələrlə birlikdə etdi. Yeməkxanada tələbələrin boşqablarına yemək çəkərək onlarla birlikdə dua edib iftar açan Prof. Dr. Alpaslan Ceylan, iftar vaxtlarında çox sevdiyi tələbələrlə tez-tez görüşməyin Manas Universitetində Ramazanın ən gözəl tərəflərindən biri olduğunu söylədi.
Son günlər Ermənistanın XİN və digər dövlət strukturları qarşısında Ruben Vardanyanın hüquqlarının müdafiəsi ilə bağlı keçirilən aksiyalar Azərbaycanafobiyanı qızışdırmağa və yeni müharibə yaratmağa xidmət edir. Eləcədə bu cür addımlar ölkə konstitusiyasını referendum yolu ilə dəyişdirilməsini təklif edən rəsmi İrəvanı çətin duruma salmaq üçün atılır. Başqa sözlə desək biz referendum keçirtməyə hazırıq amma xalq buna razı deyil kimi gedişlər edirlər.
Bu gündən Ramazan ayı başlayır. Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlanır. Bunun səbəbi Ramazan ayında müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Püstəqasım kəndində vətəndaşların səyyar qəbulunu keçirib.