Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.
Qubada Vətən müharibəsi şəhidi Tamerlan Əliyevin adı verilən küçənin asfaltlanmasının tamamlama işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidinin adını daşıyan küçənin asfaltlanması ilə əlaqədar işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.
Güney azərbaycanlılara ana dilində təhsili qadağan edən İran rejimi erməni məktəblərinin fəaliyyətinə hərtərəfli şərait yaradıb. 40 milyon azərbaycanlının İranda bir məktəbi belə yoxdur. Bu barədə Azad İran telegram kanalı bilgi yayıb.
Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi bilgi yayıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.
Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib. Tədbirdə ölkəmizin turizm potensialı və müxtəlif məhsulları iştirakçilara təqdim edilib.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub.