ƏN GƏLİRLİ İŞLƏRDƏN BİRİ "SAĞLIQ TURİZMİ" QAFQAZ TV-DƏ
Baxış sayı: 406
Sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf edən bir sektor olaraq çox önəmli bir turizm növünə çevrilib. İnsanlar bu gün sağlamlıqla bağlı problemlərinin həlli zamanı ən yaxşı seçimə üstünlük verməyə çalışırlar. Müalicə və tətil məqsədilə şəhərlərarsı və ölkələrarası reallaşan səyahətlər sağlamlıq turizmi adlanır. Dünyanın bir çox aparıcı ölkələri sağlamlıq turizmindən çox ciddi gəlir əldə edir. Belə ki, turizmin bu növündən Almaniya il ərzində təxminən – 37.4 milyard, İspaniya – 60 milyard, qardaş Türkiyə isə 46 milyard ABŞ dolları qazanır.Ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Lənkəranın, Gədəbəyin mineral suları və digərləri. Son illər ölkəmizdə yeni istifadəyə verilən sanatoriya-kurort və müalicə mərkəzləri hesabına xidmət səviyyəsi daha da yüksəlib. Azərbaycanın ən səfalı bölgələrindən olan Qubada yerləşən “Shahdag Guba & Truskavets Medical Sanatorium” adlı müasir müalicə-sanatoriya kompleksini hər ay minlərlə qonaq ziyarət edir. Turistlər arasında xarici ölkələrdən gələnlər olsa da, sanatoriyanın xidmətlərindən daha çox yerli turistlər istifadə edir. Müalicə mərkəzinə gələn əcnəbilər isə əsasən Ərəbistan yarımadası ölkələrindəndir. Şimal bölgəsində yerləşən Azərbaycanın ilk və yeganə Turizm və biznes kanalı olan Qafqaz TV – də əlbətdə ki, bu işlərdən kənarda qala bilməzdi. Odur ki, televiziya “Shahdag Guba & Truskavets Medical Sanatorium”un dəstəyi ilə “Sağlamlıq Turizmi” adlı yeni verilişin hazırlanmasına başlayır. Verilişin əsas məqsədi şimal bölgəsində olan bu turizm növünü insanlara çatdırmaqdır.
“Sağlamlıq Turizmi” verilişi həftədə 1 dəfə olm aqla şənbə günləri yayımlanacaq. Onu da qeyd edək ki, ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən “Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir.