ƏRMƏKİQIŞLAQ KƏNDİNƏ YENİ TELEFON XƏTTİ ÇƏKİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Birinci Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Hacıqaib kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.