Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon
təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, gənclər və könüllülər, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak edib. “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” deyən Ümummilli Lider Heydər Əliyev ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. Baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi də məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir. Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırmasına kömək etməklə təbiətə töhfə verməkdir.