Emmanuel Makron: Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı yenidən tikəcəyik
Aprelin 15-də Parisin ən görməli yerlərindən biri olan, qədim memarlıq xüsusiyyətləri ilə seçilən Notr-Dam və ya Müqəddəs Məryəm kilsəsində yanğın baş verib. Yanğının söndqürülməsinə 400 yanğınsöndürən cəlb olunsa yanğın 9 saat davam edib. Məryəm Ana katedralındakı yanğının baş verdiyi əraziyə gələn Prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib. Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib: “Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana katedralı bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı bərpa edəcəyik”.