Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Almatıda keçirilən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” sərgisində iştirak edir.Dövlət Turizm Agentliyindən bildirilib ki, aprelin 19-dək davam edəcək sərgidə ölkəmizdən 11 turizm şirkəti təmsil olunur.
Sərgi çərçivəsində təşkil olunacaq konfrans və dəyirmi masalarda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri iştirak edəcəklər. Sərgidə 63 kvadratmetr sahəni əhatə edən və yeni turizm brendinə uyğun dizayn edilmiş stendimizdə videoçarxlar nümayiş etdirilir, turizm potensialının təbliğinə dair çap materialları paylanılır.