İlk elektron kalkulyatorun hazırlandığı gündür

15 aprel tarixdə ilk elektron kalkulyatorun hazırlandığı gündür. Yaponlar bunu 1970-ci ildə hazırlasalar da əslində aymaq üçün işlənən maşının yaşı çox qədimdir.

Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara verib. Mexaniki Kalkulyatoru isə 1642-də Blez Paskal tərəfindən icad olundu. Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . O, 3 il səydən və 50 təcrübədən sonra o öz kalkuyatorunu ictimaiyyətə təqdim etdi. Pskal növbəti on il ərzində bu maşınlardan 20 ədəd hazırladı. Bu maşın bilavasitə iki ədədi toplaya və çıxa, o cümlədən təkrar bölə bilirdi.Bu maşın dəfələrlə özünü sübut etdi. Və bu hadisə düz 377 il əvvəl Paskal 19 yaşında olarkən baş verdi. O mexaniki iş görmək ideyasını düşündü və bu məqsədlə layihə yaratdı. Pskalın bu ixtirası sonralar bir çox elmi uğurlara yol açdı. 1643-cü il ərzində Rouendən olan Fransız saatsazı Paskalın işini eşitdikdən sonra özünün hesablama saatını layihələşdirməyə başladı.

1659-ci ildə İtalyan Tito Livio Burattini doqquz müstəqil təkər ilə və hər bir təkər də kiçik daşıma təkəri ilə qoşalaşmış bir maşın inşa etdi.

1666-ci ildə Samuel Morland pulların məbləğini əlavə etmək üçün nəzərdə tutulmuş bir maşın icad etdi. Bu Burattini maşını ilə çox oxşar idi. Morland də Napier çubuqları əsasında maşın yaratmışdır.

1672 – ci ildə Gottfried Leibniz Paskal kalkulyatorunda birbaşa vurmanı əlavə etmək üzərində işləməyə başladı.Buna baxmayaraq o paskal maşının üzərində bunu həyata keçirə bilmədi. O tamamilə yeni hesablama maşını yaratdı ki, bu da Stepped Rockoner adlandırıldı.Hərfi tərcümədə Addımlı hesablayıcı kimi tərcümə olunur. O Leybnis təkərlərindən (Leibnez wheels ) istifadə etdi. Leibnez 1694 və 1706-cı illərdə iki addımlı hesablama maşını yaratdı.Yalnız 1694-cü ildə yaradılan maşın 250 il Göttingen universitetinin çardağında qaldıqdan sonra 19-cu əsrdə yenidən tapılaraq düzəldildi.

18-ci əsrdə avtomatik vurmanı yerinə yetirən ilk mexaniki kalkulyator yarandı.Bu maşın 1709-cı ildə Giovanni Poleni tərəfindən layihələşdirilmiş və qurulmuşdu.O ağacdan hazırlanmışdı və o dövrdə ən uğurlu hesablama maşını hesab olunurdu.Bu əsrdə yaradılan bütün maşınlar üçün bölmə əməlini həyata keçirmək üçün əlavə operator tələb olunurdu.

Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi.

1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olan klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını isə 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. 1937-ci ildə İBM-ə Hovard Aiken Avtomatik hesablama maşınını təqdim etdi Mexaniki kalkulyatorların 120 il ərzində davam edən istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı.