Şəxsi bələdçi

Doğma obanı, meşələri, dağları yaxşı tanımağın gətirdiyi biznes imkanı

Şəhərdən, paytaxtdan və başqa ölkələrdən Azərbaycanın təbiəti ilə zəngin görməli-gəzməli bölgələrinə üz tutan turistlərin heç də hamısı gedəcəkləri yerləri elə də yaxşı tanımırlar, xüsusən də əgər söhbət xarici turistlərdən gedirsə.

Turizm şirkətləri adətən turistlərə qrup halında bələdçilik edən xüsusi şəxslər ayırırlar, ancaq elə insanlar da var ki, onlar təbiət qoynuna, turizm şirkətinə müraciət etmədən, özləri - dostlari, ailəsi ilə getməyə üstünlük verirlər.

Filippində alimlər naməlum insan növünün qalıqlarını aşkar ediblər

Filippində alimlər naməlum insan növünün qalıqlarını aşkar ediblər. Bu barədə “Nature” jurnalı məlumat yayıb.Bildirilir ki, Filippinin Luson adasındakı Kalyao mağarasında üç şəxsə məxsus olan barmaq və bud sümüklərinin, həmçinin dişlərin qalıqları aşkar edilib. Onların yaşının təqribən 50-67 min il arası olduğu qeyd edilir.

Tədqiqatçıların rəyinə görə, tapılan fraqmentlərin morfoloji əlamətlərinin məcmusu deməyə əsas verir ki, bu qalıqlar indiyədək məlum olan insan növlərinə, o cümlədən nə “Homo floresiensis”ə, nə də “Homo sapiens”ə aid deyil. Bu qalıqlar tamamilə yeni insan növünə aiddir və onun tapıldığı Luson adasının adına uyğun olaraq “Homo luzonensis” adlandırılması qərara alınıb.

Üzüm tənəyindən axan damcıların faydası

 Yaz vaxtı üzüm tənəklərinin budanılması mövsümi aqrotexniki tədbirdir. Adətən budanmış budaqların içindan və kəsik yerlərdən damcılar axır. Mütəxəssilərin verdiyi məlumata görə, həmin damcıların tərkibində olan vitamin, mineral və fermentlərdən müxtəlif məqsədlərlə istifadə edilir: “Üzüm tənəyi kəsildikdən sonra axan damcıları bir qaba toplanılaraq soyuducuda saxlanır və toplanılmış sudan yarım stəkan səhər acqarına içilməsi böyrək və öd daşlarını əridir. Hər gün həmin suyun 30-40 qramı ilə saç diblərini isladılması saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülmənin dayanmasına səbəb olur.

Qoruqlarda “Açıq Qapı” Günü

Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan ediləcək. Agentlikdən bildirilib ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün qeyd edilən tarixdə saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.

Sahibkarlardan rüşvət tələb edənlər cəzalanacaq

AQTA: qurumun adından istifadə edənlərin qanunazidd əməllərinin qarşısı alınacaqdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onların adından sui-istifadə etməklə kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə və əsassız tələblərin irəli sürülməsi faktları ilə bağlı Agentliyə vətəndaşlar tərəfindən müraciətlər daxil olduğu barədə məlumat yayıb. Agentlik sahibkarları belə hallara qarşı ayıq-sayıq olmağa çağırır

Avropanın mədəniyyət paytaxtı

Vesprem 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib

Macarıstanın Balaton gölünün mənzərəli şimal sahilində yerləşən çox gözəl Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib.

Macarıstanın Balaton gölünün mənzərəli şimal sahilində yerləşən çox gözəl Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib.Macar ictimaiyyəti üçün xoş olan bu xəbəri ölkənin insan resursları məsələləri üzrə naziri Mikloş Kaşler elan edib.Hər il Avropa Komissiyasının müstəqil ekspertlər qrupu iki Avropa mədəniyyəti paytaxtı seçir. Bu, bütün Aİ məkanında mədəni müxtəlifliyi nümayiş etdirmək məqsədilə həyata keçirilir.

Yerüzü marafonu keçiriləcək

Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə qlobal xarakterli tədbir təşkil ediləcək

Aprelin 11-də 24 saat ərzində bütün planetdə BƏT-in 100 illiyi münasibətilə təntənəli tədbirlər və tamaşalar marafonu keçiriləcək.BMT-nin xəbərə görə, Fici adalarından başlayaraq Filadelfiyaya qədər rəqqaslar, musiqiçilər və digər ifaçıların çıxışları olacaq, işçilərin və işəgötürənlərin nümayəndələri, hətta dövlət başçıları sosial ədalətə və layiqli əməyə həsr edilən xatirə tədbirlərində iştirak edəcəklər.

Yer üzünün ən çəkici istiqamətləri

Dünyanın ən çox oxunan turizm saytı “Tripadvisor” turistlər üçün ən cəlbedici istiqamətlərin siyahısını açıqlayıb

Tanınan turizm saytının siyahısında Birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.

Saytın veb-səhifəsində ən maraqlı adalar, ekzotik ölkələr, müxtəlif tur-paketlər və kruizlər turistlər üçün təklif olunur.