Şəxsi bələdçi

Doğma obanı, meşələri, dağları yaxşı tanımağın gətirdiyi biznes imkanı

Şəhərdən, paytaxtdan və başqa ölkələrdən Azərbaycanın təbiəti ilə zəngin görməli-gəzməli bölgələrinə üz tutan turistlərin heç də hamısı gedəcəkləri yerləri elə də yaxşı tanımırlar, xüsusən də əgər söhbət xarici turistlərdən gedirsə.

Turizm şirkətləri adətən turistlərə qrup halında bələdçilik edən xüsusi şəxslər ayırırlar, ancaq elə insanlar da var ki, onlar təbiət qoynuna, turizm şirkətinə müraciət etmədən, özləri - dostlari, ailəsi ilə getməyə üstünlük verirlər.

Belə hallarda şəxsi bələdçi əvəzolunmaz yol yoldaşına çevrilir. Şəxsi bələdçinin işi qonağı incəliyinə qədər tanıdığı doğma yurdunda ən görməli-gəzməli yerlərə aparıb onun istirahətinin daha mənalı, rəngarəng və daha təhlükəsiz keçirməsinə nail olmaqdır.

Şəxsi bələdçi kimi çalışmaq üçün isə, sosial şəbəkələrdə, xüsusi saytlarda açar sözlərlə və hansı ərazilərdə fəaliyyət göstərdiyinizi vurğulayan elanlar yerləşdirmək lazimdir ki, dağlara-meşələrə tək, dostları və ya ailəsi il üz tutmağa üstünlük verən ayrı-ayrı turistlər sizinlə əlaqə yaradıb, xidmətinizdən faydalana bilsinlər.

Qarşıdan qızğın yay, turizm mövsümü gəlir, şəxsi bələdçi olmaq istəyiniz varsa sosial şəbəkələr və saytlarda elanlarınızı indidən yerləşdirin.

Yeni biznes ideyanız ugurlu olsun