Yeni güzəştlər

Azərbaycan Prezidenti İlham Əliyev çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Sifarişli turlar

Yay mövsumu turistlərə çeşidli turizm xidmətləri, ən müxtəlif turlar təklif edilir. Ancaq elə həvəskarlar da var ki, onlar ya artıq bazarda təklif edilən turların hamısı ilə, əksəriyyıəti ilə tanışdılar ya da təklif edilən turlar arasında özlərinə maraqlı, uyğun tur tapa bilmirlər. Və bu təlabatı ödəmək üçün, bu məqamda ortaya çıxan xidmət də elə məhz sifarişlə turların hazırlanmasıdır.

Şengen vizasının verilmə qaydaları dəyişdirilib

“RİA Novosti” Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən xəbər yayıb ki, Şengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq. “Məbləğdəki kiçik artım Şengen sazişinə üzv olan dövlətlərin təhlükəsizliyə nəzarəti gücləndirməsi üçün bütün dünya üzrə konsulluq personalının lazımi sayda olmasının təmin edilməsinə imkan verəcək”, - deyə agentlikdən bildiriblər.Həmçinin, qeyd olunur ki, yeni qaydalara görə, “müsbət viza tarixçəsi” olan səyahətçilər mərhələli şəkildə etibarlılıq müddəti bir ildən beş ilə qədər artan təkrar viza əldə edə biləcək.

Ağaclardan öyrənə biləcəklərimiz

Ağaclar həyat xilas edə bilər, sizi xoşbəxt və mənəvi cəhətdən güclü edə bilərlər.

"Ağaclar sığınacaqlardır," Alman şair və filosofu Herman Hesse yazırdı.

"Ağacları dinləməyi öyrəndiyimiz an... onlar evimizə çevrilirlər. Bu xoşbəxtlikdir."

Ağaclar: İnikaslar və Şeirlər adlı kitabında Hesse, ağacların fəlsəfi yönlərini, onların həqiqət, gözəllik, ev, mənsubluq və xoşbəxtlik kimi vacib anlayışlar üçün açar rolu oynadığını göstərib.

Qubanın Qımılqışlaq kəndində səyyar qəbul keçirildi

Aprelin 18-də Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Rayonun Qımılqışlaq kəndinin sakinləri ilə görüşüb, onların sosial qayğıları ilə maraqlanıb. Rayonda çalışan müxtəlif idarə və təşkilatlarının da iştirak etdiyi səyyar görüşdə, sakinləri narahat edən məsələləri dinlədikdən sonra aidiyyatı qurumların nümayəndələrinə tapşırıqlar verib

Qazaxıstanda Azərbaycan turizm potensialı təbliğ olunub

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Almatıda keçirilən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” sərgisində iştirak edir.Dövlət Turizm Agentliyindən bildirilib ki, aprelin 19-dək davam edəcək sərgidə ölkəmizdən 11 turizm şirkəti təmsil olunur.

Sərgi çərçivəsində təşkil olunacaq konfrans və dəyirmi masalarda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri iştirak edəcəklər. Sərgidə 63 kvadratmetr sahəni əhatə edən və yeni turizm brendinə uyğun dizayn edilmiş stendimizdə videoçarxlar nümayiş etdirilir, turizm potensialının təbliğinə dair çap materialları paylanılır.

Öz tarixini danışan süvenerlər

Şimal bölgəsinə ilin istənilən fəsli xeyli sayda qonaqlar, turistlər gəlir. İnsanların olduqları, gəzdikləri yerlərdən özləri ilə bir xatirə aparmaq istəyi hamıya məlumdur. O da məlumdur ki, bu gün həmin təlabat olsa da onun ödənilməsi sahəsində böyük boşluq var.

Söhbət adi suvenirlərdən getmir, söhbət məhz həmin yerə aid olduğunu ilk baxışdan özü anladan, hardan olduğunu özü danışan suvenirlərdən gedir, elə suvenirlərdən ki, onu aparıb iş stolunun, və ya evdəki kitab rəfinə yerləşdirən insanın bu suvenirin haradan olduğunu kiməsə izah etməyə ehtiyacı olmasın, suvenir özü onu görənə elə ilk baxışdan öz tarixini danışa bilsin.

Bir dəqiqəyə suda əriyən plastik yaradılır

Planetimizin plastik tullantılarla çirklənməsi son illərdə qlobal problem halını alıb və dünya ölkələrinin həllli uğrunda çalışdığı məsələyə çevrilib. İsrailli kimya mühəndisi Şeron Barak bir neçə yüz il ərzində planetə zərər vuracaq plastik tullantıların bir neçə dəqiqədə suda əriməsini təmin edən formul tapıb.

Şeron Barakın kəşf etdiyi yeni plastik növləri bir neçə dəqiqədə suda həll olunur. Ən maraqlısı da budur ki, suda həll olunan plastik heç bir canlıya zərər vermir. Alimin iddiasına görə, onu hətta yemək də olar.

"Plastik sətkanlar təbiətdə 50 il, plastik qablar isə 450 il qala bilər. Mən elə bir material hazırlamaq istədim ki, o həm plastikə bənzəsiz, ucuz başa gəlsin, həm də təbiətə zərər vurmadan suda ərisin. Hazırladığımız psevdoplastik 100 faiz ekoloji təmiz materiallardan hazırlanıb, suda tamamilə həll olunur və təbiətin bir hissəsinə çevrilir".

Mütəxəssis bildirib ki, psevdoplastikin hazırlanması heç də mürəkkəb deyil. Bu günə qədər plastik materialların hazırlanması üçün istifadə olunan texnika Yer kürəsini çirklənmədən qoruyacaq yeni növ materialın istehsalında da istifadə oluna bilər.Onu qida məhsullarının qablaşdırılmasında və adi plastikin istifadə edildiyi bütün sahələrdə istifadə etmək olar.