İyunun 25-də Qubada Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunova həsr olunan tədbir keçirildi. Tədbir Milli Qəhrəman haqqında hazırlanan filmin nümayişi ilə başladı.
1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, iyul-avqust aylarında Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçiriləcək.
Rusiya Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov bildirib ki, turistlər Baykalı zibillədiklərinə görə onların gölə girişi məhdudlaşdırıla bilər.
Qubada rayonun sosial-iqtisadi inkişafı, yol-infrastruktur, tikinti-quruculuq sahələrində həyata keçirilən yerli və respublika əhəmiyyətli layihələrin icra vəziyyətinə həsr olunan ümumrayon toplantısında
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını başa çatdırıblar. Hazırda isə gilasın digər sortlarının yığımına başlanılıb.
Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.
Yunanıstanda meşələr böcəklərin hücumuna məruz qalıb. Ağacların qabıqlarını yeyən ziyanvericilərin yayılmasının qarşısını almaq məqsədi ilə ciddi tədbirlər görülməyə başlanılıb.