TARİXİN BU GÜNÜ (14 may)

14 May "Facebook"un qurucusu, amerikalı sahibkar Mark Zukerberqin doğum günüdür .Mark 1984-cü ilin bu günü Nyu-York şəhərində doğulub.

Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan M.Zukerberq ABŞ-ın nüfuzlu Harvard Universitetində təhsil alıb. Universitetin ilk illərində ən gözəl tələbələrin seçildiyi saytı düzəldib. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri yer alıb. Ancaq fotoları tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard Universitetini tərk edib.Bundan sonra o, tələbələri internet üzərində görüşdürmək üçün ikinci saytı olan "Facebook"u yaradır. "Facebook" 18 ay ərzində ABŞ-ın ən böyük ünsiyyət saytlarından birinə çevrilir. Tezliklə "Facebook" sərmayəçilərin diqqətini cəlb edir və bu gün sahib olduğu 13 milyard 500 milyon dollarlıq büdcəyə malik olur. Mark Zukerberqin "Facebook" saytı 2011-ci ilin "The Brand Finance Global 500" siyahısına görə dünyanın ən dəyərli 281-ci markası seçilir.2010-cu ildə "Time" jurnalı onu "İlin adamı" seçib. Bu gün tarzən Bəhram Mansurovun anım günüdürBəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. .Bəhram səkkiz yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu.Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESKO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib. Görkəmli tarzən 1985-ci il bu günündə 74 yaşında, Bakıda vəfat edib. Bu gün amerikalı müğənni və aktyor Frenk Sinatranın anım günüdür . O 1915-ci ildə Amerikada doğulub . Frenk Sinatra Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olub,amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunub.Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. Sinatra 11 Qremmi mükafatına layiq görülmüşdür. 1997-ci ildə ABŞ-ın ali mükafatı sayılan Konqresin Qızıl Medalı ilə təltif edilib.Frenk Sinatra 1998-ci ilin bu günündə 82 yaşında vəfat edib.