AZƏRBAYCANDA İLK ÖDƏNİŞLİ AVTOMOBİL YOLU İSTİFADƏYƏ VERİLƏCƏK

Bakı-Quba-Rusiya sərhədi yoluna alternativ çəkilən M1 avtomagistralının 90 kilometrə yaxın hissəsi istifadəyə veriləcək.Hazırda həmin hissədə quraşdırılmaq üçün turniketlər ölkəyə gətirilib.

Hazırda həmin turniketlərin quraşdırılması prosesinə start verilib. Avadanlıqların quraşdırılma prosesi paralel olaraq aparılır. Yolun həmin hissəsi istifadəyə verilərkən artıq avtomagistral ödənişli olacaq. Hazırda tikintisi yekunlaşan hissədə nəzarət-buraxılış məntəqələrinin quraşdırılması üçün işlər aparılır".Magistralın tikinti yekunlaşan hissələrində hazırda ödəniş məntəqələrinin qurulması ilə bağlı iş gedir. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni avtomobil yolunun Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncama uyğun olaraq, artıq ödənişli avtomagistralın Xızının Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabranın Qəndob kəndi və Qusarın Samur qəsəbəsi arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.Yolun qalan hissəsində tikinti işlərinin gələn ilin 1-ci yarısında yekunlaşması planlaşdırılır.Qurum rəsmisi bildirib ki,Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolundan istifadəyə görə ödənişin məbləği ayın sonunadək müəyyənləşə bilər. "Bununla bağlı ətraflı məlumat veriləcək. Hər kilometrə görə yük və minik avtomobilləri üçün ödənişlər fərqli olacaq".