İCRA BAŞÇISI ZİYƏDDİN ƏLİYEV NÖVBƏTİ ONLAYN MÜŞAVİRƏ KEÇİRİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin inzibati ərazi dairə nümayəndələri (İƏD) və bələdiyyə sədrləri ilə keçirdiyi onlayn müşavirədə

Azərbaycanımızın ötən ildən etibarən Qoşulmama Hərəkatına sədrlik etməsinin və dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə həmin təşkilata üzv olan dövlət və hökumət başçılarının iştirak etdiyi videokonfrans formatında Zirvə görüşünün keçirilməsinin önəmindən,ölkəmizdə icrası uğurla davam etdirilən iqtisadi,hüquqi,struktur və digər sahələri əhatə edən islahatlardan,Qubada koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlərdən, sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi, həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər geniş müzakirə olunub.Videomüşavirədə rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev həmçinin vurğulayıb ki, hər bir vəzifəli şəxs kimi icra nümayəndələri və bələdiyyə sədrləri də öz üzərlərinə düşən vəzifəni layiqincə və vicdanla yerinə yetirməli,vətəndaşlarla dövlət arasında olan əlaqələrin,inamın və etibarın daha da möhkəmlənməsinə xidmət etməlidirlər.Ödənişli ictimai işlərə ehtiyacı olan insanların cəlb olunması işi daim ciddi nəzarətdə saxlanmalı,xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşlara yardımların təqdim olunmasında şəffaflıq və ədalətlilik prinsipi qorunmalıdır.Ötən həftə yağan leysan yağışlar nəticəsində rayon təsərrüfatına və vətəndaşlara dəyən zərərin aradan qaldırırılması istiqamətində səylər birləşdirilməlidir.Onlayn müşavirədə yerli icra nümayəndələri və bələdiyyə sədrləri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər.Eyni zamanda yerlərdə kommunal xidmətlərin daha da yaxşılaşdırılması,bu istiqamətdə həlli vacib məsələlər də ətraflı müzakirə olunub.