Zəngəzur tarixi Azərbaycan torpağıdır. Çağdaş Azərbaycan Respublikası bu yerləri öz tarixi torpaqları saysa da Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə söyləyib.Adının sonundakı “zur” hissəciyi belə türk dilində "dərə", "yarğan" mənasını bildirən Zəngəzur tarixi qaynaqlardan da məlum olduğu kimi qədim Türk yurdu olub. Elə Türk yurdu olması idi ki, hər çağ savaşların əsas mərkəzi olurdu. Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən döyüşlərin məkanı olub Zəngəzur.1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etməsinə baxmayaraq həmin ilin 10 avqustunda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan 1 gün sonra, yəni 30 noyabrda Zəngəzur bölgəsi 2 yerə- Qərbi və Şərqi Zəngəzura parçalandı. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 81 erməni, 149 türk kəndi olmasına baxmayaraq həmin artıq XX əsrin ortalarında Zəngəzurda 115 kənd yer üzündən silindi, bu etnik təmizləmə bir də əsrin sonlarında davam etdi.Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrından seçkilərdə qalib gələrək Azərbaycan prezidenti seçildikdən sonra ölkənin apardığə xarici siyasətdə bir çox müsbət dəyişikliklər oldu. Qazandığı hərbi güc sayəsində 30 ilə yaxın ermənistanın işğal altında saxladığı torpaqlarını azad edən Azərbaycan bu gün bütün dünyaya terorla mücdilə aparıb zəfər qazanan bir dövlət örnəyi olub, onun torpaqları uğrunda apardığı hərbi taktika və startegiyalar dünya hərb tarixinə bir yenilik kimi yazılıb. Bundan başqa isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb. Beləki, tarixi qələbəmizdən sonra türk dünyası daha da yaxınlaşdı. Hələ 2009-cu il 3 oktyabrda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında Naxçıvanda yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına digər türkdilli dövlətlərdə qatılaraq Türkdilli Dövlətlər Təşkilatına dönüşdü. Türkdilli, Türksoylu ölkələr arasında artan əməkdaşlıq üçün isə Zəngəzur dəhlizinin böyük önəmi var. Bu dəhliz bu ölkələr arasındakı nəqliyyat əlaqələrinin təminatıdı. Çünki bir çağlar Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirməkdə məqsəd türk dünyasının coğrafi parçalanması idi və parçaladı da. Amma 2020-ci ildə Ali Baş komandan İlham Əliyevin komandalığı altında Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra bölgədə durum köklü dəyişdi. İndi ölkə başçısı president İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq. Bununla da Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq.
{youtube}0SGdRzV2XmI{/youtube}