QƏRBİ AZƏRBAYCANDAN DİDƏRGİN DÜŞMÜŞ MÜƏLLİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Qərbi Azərbaycandan didərgin düşmüş Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətlə görüş keçirilmişdir.  Görüşdə

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Qərbi Azərbaycan İcmasının sektor müdiri Əbdüləli Həsənov, Qərbi Azərbaycan İcmasının kordinatoru İmam Məmmədov və başqaları iştirak edib.  Görüşdə ötən əsr ərzində Qərbi azərbaycanlıların deportasiyaları xatırladılıb, onların bu gün öz doğma yurdlarına qayıdış uğrunda əzmlə mübarizə apardığı vurğulanıb. Bu həqiqətlərin geniş yayılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması uğrunda vətəndaşların icmaya öz dəstəklərini ifadə etməsi və təşkilatın ətrafında birləşməsi yüksək dəyərləndirilib.  Qərbi Azərbaycandan didərgin düşmüş müəllimlər öz doğma yurdlarından ayrılmaq məcburiyyətində qaldıqları zaman yaşadıqları acı və çətin anları xatırlayaraq, həmin dövrün xatirələrini bölüşüblər. Sonda görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq, çünki bu bizim tarixi-mənəvi və insani haqqımızdır.