RAYON RƏHBƏRİ ƏLİMƏMMƏDOBA KƏNDİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Əliməmmədoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət

Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Əliməmmədoba kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Abuzər Mədət oğlunun büstü ilə tanış olub.