Böyük Britaniyada, London şəhəri yaxınlığında keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən Ermənistan Baş
naziri Nikol Paşinyanın imtina etməsi barədə rəsmi Bakının yaydığı məlumat İrəvanda təşviş yaradıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev mediaya açıqlamasında bu imtinanı Ermənistanın sülh gündəliyindən uzaqlaşması faktı kimi qiymətləndirib.Sülh gündəmindən uzqlaşmağın hansı məsuliyyət doğurduğunu imtinadan sonra dərk edən İrəvan rəhbərliyi isə təkzibə cəhd edib və tez-tələsik bildirib ki, əslində belə bir görüşün olması təklifi ilə Ermənistan tərəfi “çıxış edib”. Ermənistan XİN-nin sözçüsü Ani Badalyan mediaya açıqlamasında vurğulayıb ki,“Ermənistanın təklifi hələ də qüvvədədir. Ermənistan tərəfi həmçinin danışıqların ən ali və yüksək səviyyədə aktivləşdirilməsi və bir ay müddətində sülh sazişi imzalanması təklifini bir daha təsdiqləyir”. Qeyd edək ki,bu, Ermənistanın “imtinadan imtinası” kimi də anlaşıla bilər.