MÜASİR TEXNOLOGİYALARLA HAZIRLANAN EV ZƏLZƏLƏ ZAMANI HAVAYA QALXIR

Güclü yeraltı təkanların daha çox baş verdiyi Yaponiyada mütəxəssislər baş verə biləcək dağıntıların qarşısını almaq məqsədi ilə yeni evlər inşa ediblər.

QUBADA OD ÇƏRŞƏNBƏSİ QEYD OLUNUB

Quba şəhərinin Dəvədabanı yaşayış massivində təmiz çərşənbə layihəsi çərçivəsində qeyd olunan od çərşənbəsində Quba rayon İcra Hakimiyyəti, Quba Destinasiya Menecmenti Təşkilatı,Regional İnkişaf İctimai Birliyinin Quba Nümayəndəliyi və Quba Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

FERMERLƏRƏ ŞAD XƏBƏR - SUBSİDİYALARIN VERİLMƏSİNƏ BAŞLANILIB

Subsidiyaların köçürülməsi mərhələli şəkildə davam edir. Prosesin martın 20-dək sona çatdırılması nəzərdə tutulur.Bunu televiziyamıza açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

3 MART ÜMUMDÜNYA VƏHŞİ TƏBİƏT GÜNÜDÜR

Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar bu gün Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir. Qeyd edək ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir.

BU GÜN AZƏRBAYCANDA OD ÇƏRŞƏNBƏSİ QEYD EDİLİR

Bugün Azərbaycanda od çərşənbəsi qeyd olunur. Novruz bayramının müjdəçilərindən olan və ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi də tanınır. Adətə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün mənfilikləri, çirkabı yandırırlar.

YAPONİYANIN 146 YAŞLI BƏNÖVŞƏYİ SALXIM AĞACI

Dünyada bir sıra özünəməxsusluğu ilə seçilən Yaponiya, sadəcə inkişaf etmiş texnalogiyası ilə deyil, eyni zamanda möhtəşəm görünüşlü təbiəti ilə də diqqətləri üzərinə çəkir.

AZƏRBAYCAN BİR SIRA BEYNƏLXALQ SƏRGİLƏRDƏ İŞTİRAK EDƏCƏK

Hər ay olduğu kimi, bu ayda ölkəmiz respublikanın turizm potensialını təbliğ etmək məqsədi ilə bir sıra beynəlxalq sərgilərdə iştirak edəcək.

QADAĞALAR ÖLKƏSİ - ŞİMALİ KOREYAYA SƏYAHƏT

İnsanlar zövqləri, arzuları və imkanları çərçivəsində dünya ölkələrinə səyahət edirlər. Amma bəzi ölkələr turistlərlə bağlı müxtəlif qadağalar tətbiq edir. Bu qadağaları bilmədən həmin ölkələrə səyahət etmək sizin üçün çətin gələ bilər.Belə ölkələrdən biri Şimali Koreyadır.