KREMLDƏ RUSİYA VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN DANIŞIQLARININ TƏFSİLATI AÇIQLANIB

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan konstruktiv danışıqlar aparıblar. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, bu görüş hər iki tərəf üçün çox faydalı, lazımlı idi. Dmitri Peskovun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamika çox yaxşı potensialın olduğunu təsdiqləyir.